Almaniya Rusiyadan neft idxalını dayandıra bilər...

09 aprel, 2022 00:43

Almaniya bu il Rusiya neftinin idxalını dayandıra bilər.

Bu barədə Almaniya kansleri Olaf Şolts məlumat verib.

"Biz Rusiya neftinin idxalından imtina etmək üçün fəal işləyirik və düşünürük ki, bu il ərzində buna nail olacağıq", - deyə Şolts Londonda Böyük Britaniyanın Baş naziri Boris Consonla keçirdiyi mətbuat konfransında bildirib.

Qeyd edək ki, Rusiya Almaniyanın neft ehtiyaclarının 25%-ni tədarük edir, Ukraynaya hücumdan əvvəl bu rəqəm 35% idi. Qaz idxalı isə 55%-dən 40%-ə endirilib.