Bakı-Brüssel-İrəvan marşrutu - Milli mücadilə və "milli" xainlər

09 aprel, 2022 14:31

Cənubi Qafqazda və dünyada baş verən proseslərin gələcək perspektivləri, hadisələrin Azərbaycana bilavasitə və bilvasitə (dolayısı) müxtəlif istiqamətlərdə olan təsiri indiki situasiyada bir çox mühüm məqamlara işıq salır.

- Rusiya-Ukrayna müharibəsi davam edir, Azərbaycan tərəfsiz mövqedədir, amma özünün humanist niyyətini ifadə etməkdə də çətinlik çəkmir

- Aprelin 6-da Brüsseldə Aİ prezidenti Şarl Mişel, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında keçirilən üçtərəfli görüşün nəticəsi olaraq, Bakı və İrəvan arasında sülh müqaviləsi üzrə danışıqların başlanması qərara alınıb

- Azərbaycanla Rusiya mütəffiqdir, amma aprelin 8-də Rusiya Xarici İşlər naziri Sergey Lavov “Rusiya əsas müttəfiqi kimi Ermənistana müdafiə qabiliyyətinin gücləndirilməsində və sərhədin mühafizəsinin təmin olunmasında kömək etməyə davam edəcək” bəyanatını verdi

Bütün bu proseslərin baş verdiyi ərəfədə iki detal diqqət çəkir:

- Aprelin 5-də İrəvanda revanşist qüvvələr etiraz aksiyası keçirərək Azərbaycanla yeni müharibənin aparılmasını tələb edirlər. Və bunun ardınca:

- Azərbaycanın taleyüklü məsələlərinin Brüsseldə müzakirəsi zamanı Avropada yaşayan azərbaycanlı mühacirlər aksiya keçirərək Azərbaycan dövlətinə qarşı ittihamlar səsləndirdilər

Hər iki hadisə arasında ciddi oxşarlıq var, eyni paralellik təşkil edir. Nə üçün? Əvvəla, hər iki aksiya sülh prosesini tormozlamağa yönəlib və aksiya iştirakçılarınını fikirləri onların eyni mərkəzdən idarə olunduqlarını nümayiş etdirir. İlham Əliyev ölkə başçısı kimi Brüsseldə Azərbyacanı təmsil edir və dövlətin tələblərini diktə edirdi. Bu məsələdə Brüsseldə hakimiyyət maraqlarından söhbət belə gedə bilməzdi. O zaman azərbaycanlı mühacirlərin əsl niyyətləri də ortaya çıxmış olur. Bu niyyət və məqsədlərin söyüş, təhqir formasında ifadə olunması onların ermənilərlə eyni mövqe olmasını isbatlayır.

Azərbaycanın irəli sürdüyü 5 maddədən ibarət təklifin qəbulu, sənəddə “Dağlıq Qarabağ” ifadəsi və ya keçmişin qalığı olan Minsk qrupu həmsədrlik institutuna istinadın olmaması Bakının iradəsinin Avropa İttifaqı səviyyəsində təsdiqidir. Zaman-zaman Rusiya Müdafiə Nazirliyinin saytında Azərbaycanın ərazi bütövlüyü ilə bağlı təxribatçı məlumatların yerləşdirilməsi öz əhəmiyyətini itirir. Təklif olunan sənəddə Azərbaycanın ərazi bütövlüyü məsələsi qəti şəkildə öz əksini tapıb.

Digər tərəfdən, Ermənistanın Ermənistanın Azərbaycan ərazilərinə olan iddiaları da bloklanmış olur. Azərbaycan və Ermənistan arasında müsbət münasibətlərin, nəqliyyat-kommunikasiya əlaqələrinin yaradılması təsdiq olunub. Həmçinin, Azərbaycan və Ermənistan Aİ-yə etimad nümayiş etdirir.

Bütün bu müsbət amillərin sənəd şəklində təsdiqi Rusiyanı narahat etməyə bilərdimi? Xeyr! O zaman S.Lavrov ATƏT-in Minsk qrupu ilə bağlı acıqlı və aqressiv fikirləri də rəsmi Bakı üçün heç bir əhəmiyyət kəsb etmir. Çünki ATƏT-in Minsk qrupu adlı təsisat Azərbaycan üçün ölü doğulmuş uşaq kimidir. Əgər Lavrov Rusiyanın Ukraynaya hərbi təcavüzü fonunda üzləşdikləri sanksiyalardan dolayı ABŞ və Fransanı nəzərdə tutaraq, Minsk qrupu haqqında ümidsiz danışrısa, qeyd etməliyik ki, bu təsisat Bakı üçün çoxdan bitib.

Hələ 2020-ci ilin dekabrın 12-də Prezident İlham Əliyev ATƏT-in Minsk qrupunun həmsədrlərini qəbul edərkən onların fəaliyyətini ən sərt şəkildə tənqid edərək diplomatlara ağır dərs keçmişdi: “Bu vaxt ərzində bir çox hadisələr baş vermişdir. Birincisi, pandemiya bütün dünyada vəziyyəti tamamilə dəyişmişdir. Bununla yanaşı, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli regionda vəziyyəti dəyişdirmişdir. Hazırda regionda tamamilə yeni vəziyyət mövcuddur. Azərbaycan 30 ilə yaxın davam edən münaqişəni həll etdi, buna güc yolu və siyasi vasitələrlə nail oldu. Mən həmsədr dövlətlərin başçılarından olan Prezident Putinin dedikləri ilə razılaşıram ki, Dağlıq Qarabağ münaqişəsi artıq tarixə qovuşub. Mən də həmin fikirdəyəm. Təəssüflər olsun ki, Minsk qrupu münaqişənin həllində heç bir rol oynamayıb. Halbuki bunu etmək üçün Minsk qrupu 28 il ərzində müvafiq mandata sahib idi. Mən son 17 il ərzində danışıqlarda iştirak etmişdim. Lakin müharibə zamanı dediyim kimi, Minsk qrupunun ideyalarla çıxış etmək və yaradıcı olmaq istiqamətində müəyyən fəaliyyəti olsa da, bunlar heç bir nəticə verməmişdir. Reallıq bundan ibarətdir. Beləliklə, Azərbaycan bu məsələni özü həll etmişdir”. 

Dövlət başçısı daha sonra demişdi: “Mən Minsk qrupunu səfərə dəvət etməmişəm. Lakin mənə məlumat verəndə ki, Minsk qrupu gəlmək istəyir, dedim gəlsinlər, etiraz etmirəm. Bəlkə onların mənə sözləri var. Əgər siz bunu kamera qarşısında söyləmək istəyirsinizsə, buyurun. Əgər istəmirsinizsə, mən onlara deyim getsinlər. Necə istəsəniz...”.

Qayıdaq Avroapda yaşayan mühacirlərin etiraz aksiyalarına... Bir neçə gün əvvəl Brüsseldə yaşayan dostlarımızdan biri söhbətimiz zamanı dedi ki, Belçikada (paytaxtı Brüssel) pişikləri həyətdən qovmaq, siçan öldürmək cinayətdir və bunu edən şəxslərə qarşı cinayət işi açıla bilər. Eləcə də təhqir, itaətsizliyə çağırış orada ən ağır cinayətlərdən hesab olunur. Bildirdi ki, Brüsseldə hər hansı aksiya keçirmək üçün öncədən şəhər polisinə yazılı bildiriş təqdim etməlisən və öz üzərinə öhdəliklər də götürürsən. Öhdəliklərdən biri də təhqir və ölkələrin suverenliyi əleyhinə çağırışların olmaması ilə bağlıdır. Maraqlıdır, Avropanın göbəyində oturub Azərbaycanın atributlarını, Konstitusiyasını ən ağır söyüşlərlə təhqir edən, Azərbaycan xalqını kütləvi itaətsizliyə səsləyən, dövlət çevrilişi etməyə çağıran siyasi mühacirlərlə bağlı nə üçün hüquqi addım atılmır!?

Heç şübhəsiz, mühacirlərin “hücum “istiqamətləri göstərir ki, onları ciddi şəkildə himayə edənlər var və bu məsələdə erməni lobbisinin dəst-xətti özünü açıq şəkildə büruzə verir.

Düşünürəm ki, Azərbaycan hüquq-mühafizə orqanları bu şəxslərin törərətdiyi cinayət əməllərinə, təhqirlərinə son vermək üçün əməli tədbirlərə başlamalı, bu şəxslərin yaşadıqları, fəaliyyət göstərdikləri ölkələr qarşısında əsaslandırılmış iddialar qaldırmalıdır. Bu şəxslər hər hansı Avropa ölkəsinin vətəndaşıdırsa, daha pis! Həmin ölkə öz vətəndaşının başqa bir ölkənin vətəndaşlarını xaosa, dağıdıcılığa səsləməsinə aydınlıq gətirməlidir.

Samir Feyruzov

 

25 iyun

19:16 - "ABŞ memorandumun iki bəndini pozub" - İran

19 iyun

11:29 - "Veysəloğlu" nümayəndə heyəti "Şölen"in Qaziantepdəki yeni zavodunun açılışında iştirak edib

16 iyun

17:17 - Veysəloğlu Şirkətlər Qrupu "Süni Zəka Dövründə Liderlik" mövzusunda forum keçirib - FOTOLAR

12 iyun

14:14 - Veysəloğlu Şirkətlər Qrupu AYİB-in 35-ci İllik Toplantısı və Biznes Forumunda təmsil olunub - FOTO

06 iyun

19:24 - "Ermənistan Rusiyasız mövcud ola bilməz" - Samvel Ayvazyan19:20 - "Azərbaycanda sülh sazişi imazalanmalı, Türkiyə ilə sərhəd açılmalıdır"19:17 - Azərbaycanda bank rəhbərləri nə qədər qazanır: İllik 20 milyonu keçir - SİYAHI19:15 - Paşinyanın partiyası seçkilərdə qalib gəldi

30 may

13:27 - Neft bazarında kəskin eniş - Bakı neftinin qiyməti belə dəyişdi13:23 - İranın Trampdan tələb etdiyi şərt..13:20 - Rusiyanın Ermənistandakı səfiri Moskvaya çağırıldı

18 may

19:12 - "Araz" supermarketlər şəbəkəsi yeni nəsil Tədarükçü Əməkdaşlıq Platformasını təqdim edib - FOTOLAR

16 may

18:42 - Azərbaycanın neft ixrac etdiyi ölkələr - SİYAHI18:37 - Avropa texnologiyaları gizli yollarla Rusiyaya ötürülüb?18:31 - Prezident WUF13-də çıxış edir - VİDEO/FOTOLAR

12 may

14:15 - "Azərbaycanla zəifləyən mədəni əlaqələri yenidən canlandırmağın vaxtıdır" - Rusiya XİN14:13 - Anklavlarla bağlı bir neçə variant nəzərdən keçirilir14:12 - Azərbaycan iqtisadiyyatı cüzi böyüdü14:10 - Veysəloğlu Şirkətlər Qrupunun rəhbər heyəti Fəxri xiyabanda Ümummilli Liderin xatirəsini anıb - FOTOLAR

28 aprel

15:04 - Ölkə başçısı Bəxtiyar Allahverdini "Tərəqqi" medalı ilə təltif edib14:56 - Prezidentdən 5 dövlət qurumuna tapşırıq - SİYAHI14:54 - Ermənistan bu kəndi Gürcüstana verib?14:47 - Zelenski İsraili sanksiyalarla hədələyib14:28 - "Senior Talks" layihəsinin davamı: Aydın Veysəloğlu ADA tələbələri ilə yenidən görüşdü - FOTOLAR

27 aprel

13:10 - İranın gizli gücü - Rusiya sabitliyin əsas səbəbini açıqladı13:05 - Pakistan və İrandan mühüm iqtisadi addım - Yeni tranzit dəhlizi açıldı13:01 - Azərbaycanla sərhədin delimitasiyası tezliklə davam etdiriləcək - Paşinyan

13 aprel

12:22 - Azərbaycana gəlmiş ermənilərlə görüşdən nə əldə edildi? 12:18 - 300 milyonluq uyğunsuzluq12:12 - Paşinyan və Qarabağ ermənisinin söhbəti - "Belə də davam edin"