"Dünya üçün kritik vəziyyət yaranacaq" - Kontr-admiral

09 aprel, 2022 22:54

Türkiyə Bosfor boğazı yaxınlığında sürüşən minalara görə baş verəcək böyük fəlakət haqda xəbərdarlıq edib.

Türkiyə Hərbi Dəniz Qüvvələrinin təqaüdçü kontr-admiralı Cihat Yaycı bu barədə açıqlama verib:

“Bu minalardan biri boğaza düşsə, insanların ölümünə, fəlakətə gətirib çıxaracaq. Nəzərə alsaq ki, dünyaya xam neftin 2,5 faizi bizdən ötürülür, dünya üçün kritik vəziyyət yaranacaq”.

Onun sözlərinə görə, minaların Ukrayna tərəfdən dənizə atıldığı açıq-aydın görünür.