"Rusiyanı Avropaya qovuşdurmaq əvəzinə, Ukraynaya hücum onu Çinin qucağına atıb"

10 aprel, 2022 17:30

"O, mənə hər zaman sülh və demokratiya adamı təsiri bağışlayıb...çox təəssüf..."

Putinin köhnə dostu "kiçik qardaşı"nın davranışından "dərindən məyusluq və kədər" içindədir.

İtaliyanın sabiq baş naziri Silvio Berluskoni bəyan edib ki, o, Rusiya prezidenti Vladimir Putinin davranışından "dərin məyusluq və kədər hissi" keçirir.

Bu barədə o, Romada özünün mühafizəkar "Forza İtalia" partiyasının qurultayında çıxışında bəyan edib.

Berluskoni uzun illər ərzində Rusiya lideri ilə sıx dostluq münasibətləri saxlayıb. 2015- ci ildə o, deyib ki, Putin, "heç şübhəsiz, dünya liderləri arasında birinci yerdədir", bir dəfə isə onu özünün "kiçik qardaşı" adlandırıb.

İndi isə Berluskoni deyir ki, Putin Ukraynaya hərbi müdaxilə üçün bütün məsuliyyəti öz üzərinə götürməlidir.

"Mən onu 20 ildir tanıyıram və o, mənə hər zaman sülh və demokratiya adamı təsiri bağışlayıb...Çox təəssüf", - Berluskoni deyib.

O, qeyd edib ki, partiyanın mövqeyi matın 1- də Avropa Parlamentinin növbədənkənar sessiyasında qəbul edilən "Rusiyanın Ukraynada təcavüzünə qarşı qətnamə"də sərt şəkildə ifadə edilib və "mən o qətnaməyə əminliklə səs vermişəm".

Berluskoninin sözlərinə görə, Ukraynanın Buça şəhərində və digər yerlərində dinc sakinlərin kütləvi qətllərininin, əsl hərbi cinayətlərinin dəhşəti fonunda Rusiya öz məsiliyyətini inkar edə bilməz.

"Əksinə, o, özünün maraqları naminə hətta müharibə zamanı qanun və mənəviyyata uyğun olmayan davranışa görə məsuliyyət daşıyanları aşkar etməli və məhkəmə qarşısına çıxarmalıdır".

"Rusiyanı Avropaya qovuşdurmaq əvəzinə, Ukraynaya hücum onu Çinin qucağına atıb...çox təəssüf, çox təəssüf edirəm", - o, təkrar edib.

Rusiyanın Ukraynaya fevralın 24- də hərbi müdaxiləsindən sonra bu fikirlər Berluskoni tərəfindən Putin haqqında ilk dəfə səsləndirilib.

Bu gün 85 yaşı tamam olan Silvio Berluskoni bir neçə müddətlərdə- 1994- 1995, 2001- 2006 və 2008- 2011- ci illərdə İtaliyanın baş naziri olub.

23 oktyabr

18:42 - Maya dəyəri 5,7 manat olan mal əti 17 manata satılıb - Azərbaycanda heç kəs bazara nəzarət edə bilmir18:40 - Vuçiç məğlub oldu - Serbiyada ələbələr qalib gəldi18:38 - DİN və Baş Prokurorluq kafedəki qətllə bağlı məlumat yaydı

22 oktyabr

15:50 - Banklar kimlərə və niyə kredit vermir? - "Qara siyahı" ilə bağlı bilinməyənlər - ARAŞDIRMA15:47 - Ermənistan yeni Konstitusiya üçün növbədənkənar seçkiyə gedir15:45 - Paşinyan Azərbaycanla sülh sazişi üçün - Yeni tarix açıqladı15:31 - Şəhidin maaşı hələ də ailəsinə verilir - VİDEOMATERİAL

15 oktyabr

11:04 - Paşinyana sülh sazişini imzalamaq üçün vaxt verilib? 11:00 - Bakıdakı toplantının əhəmiyyəti nədir? 10:51 - Azərbaycanda bankların mənfəəti açıqlanıb

14 oktyabr

17:23 - Veysəloğlu Şirkətlər Qrupunun əməkdaşlarımızın övladları Prezident təqaüdünə layiq görülüblər

08 oktyabr

17:19 - Veysəloğlu MMC-nin Mərkəzi Sınaq Laboratoriyasının akkreditasiya sahəsi genişləndirilib - FOTOLAR

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"