Rusların 12 km-lik karvanı Xarkova doğru irəliləyir - "Maxar Technologies"

11 aprel, 2022 01:07

Rusiyanın 12 kilometrlik hərbi karvanı Xarkova doğru hərəkət edir.

Bu barədə “Maxar Technologies” qeydə aldığı peyk görüntülərinə əsasən məlumat yayıb.

Görüntülərdə hərbi karvanın Xarkov vilayətinin Bolşoy Burluk kəndindən keçərək cənuba, rayon mərkəzinə doğru irəliləməsi əks olunub.