“Erikson” Rusiyada işini dayandırdı
11 aprel, 2022 12:21
İsveçin telekommunikasiya şirkəti “Erikson” Rusiyadakı fəaliyyətini qeyri-müəyyən müddətə dayandırır.
Bu barədə şirkət məlumat yayıb.
“Erikson” Rusiyaya bütün tədarükləri fevralın sonunda dayandırıb. Son hadisələr və AB-nin sanksiyaları fonunda isə şirkət Rusiya müştəriləri ilə bağlı bütün fəaliyyəti qeyri-müəyyən müddətə dayandırır”, - məlumatda deyilir.