"Rusiyada hakimiyyət dəyişikliyi qaçılmazdır" - Putinin keçmiş müşaviri

11 aprel, 2022 12:29

Rusiya rəhbəri Vladimir Putinin keçmiş baş iqtisadi müşaviri Andrey İllarionov BBC radiosuna açıqlama verib.

O bildirib ki, Qərb ölkələrinin Rusiya enerji daşıyıcılarına əməli qadağası Ukraynada müharibəni dayandıra bilər. Çünki Kreml Qərbin Rusiyadan enerji istehlakını azaltmaq barədə xəbərdarlığını ciddi qarşılamayıb.

Xatırladaq ki, Qərb Rusiyadan enerji asılılığını azaltmağa çalışsa da, Avropa bu ölkədən neft və qaz alışını davam etdirməkdədir. Keçən il qiymətlərin bahalaşması Rusiyaya büdcəsinin üçdə birindən çoxunu neft və qaz gəlirlərinin hesabına formalaşdırmağa imkan verib. Bu gəlirin böyük hissəsi Avropa İttafaqından daxil olur. Aİ qazının təxminən 40%-ni və neftin 27%-ni Rusiyadan idxal edir.

Andrey İllarionov hesab edir ki, əgər Qərb ölkələri Rusiyadan neft və qaz ixracına real embarqo tətbiq etsələr, yəqin ki, bir-iki aya Rusiyanın Ukraynadakı hərbi əməliyyatları dayandırılacaq.

"Bu, Qərb ölkələrinin əlində olan çox təsirli alətlərdən biridir", o əlavə edib.

Rusiya Mərkəzi Bankı tərəfindən aparılan son sorğulardan birində iqtisadiyyatın bu il 8% geriləyəcəyini proqnozlaşdırlır. Beynəlxalq Maliyyə İnstitutu isə bu göstəricinin 15% ola biləcəyini bildirib.

Doktor İllarionov hesab edir ki, prezident Putinin iqtisadi zərbələrə dözməyə hazırdır, çünki onun üçün prioritet təşkil edən hədəf fərqlidir: "Onun üçün ərazi ambisiyaları, imperiya ambisiyaları hər şeydən, o cümlədən Rusiya əhalisinin dolanışığından və ölkədəki maliyyə vəziyyətindən, hətta hökumətinin maliyyə vəziyyətindən də qat-qat vacibdir".

Dünya Bankının hesabatları rusiyalıların təxminən 20 milyonunun yoxsulluq içində yaşadığını göstərir. Lakin doktor İllarionova görə, son hadisələr Rusiyada yoxsulların sayının ikiqat, bəlkə də üçqat artacağını güman etməyə əsas verir.

Moskvada mənzillənən Strateji Araşdırmalar Mərkəzinin hesablamalarına görə, bu il Rusiyada iki milyonadək iş yeri itirilə bilər.

Bu narahatlıqları Rusiyanın keçmiş energetika nazirinin müavini, hazırda isə müxalifət lideri Aleksey Navalnının "Gələcəyin Rusiyası" partiyasının üzvü olan Vladimir Milov da bölüşür: "Bir çox insan işlərini itirməkdən narahatdır. Müharibəyə görə ölkədə inflyasiya 15,7% səviyyəsinə qalxıb, bahalaşmaya görə camaat idman zalları və restoranlara pul xərcləməyi azaldacaq. Bu isə kiçik biznes üçün pis xəbərdir".

Milov hesab edir ki, həyat standartlarının hər hansı nəzərəçarpacaq dərəcədə aşağı düşməsi müxalifətin işini asanlaşdıracaq: "Biz insanlara başa salırıq ki, Putinin siyasəti Rusiyanı tam sosial və iqtisadi fəlakətə, o cümlədən onilliklər ərzində görmədiyimiz həyat səviyyəsinin pisləşməsinə gətirib çıxaracaq. Bir neçə ay belə davam etsə, bu, cəmiyyətin əhval-ruhiyyəsini dəyişəcək - daha çox insan etiraz səsini qaldıracaq".

Andrey İllarionov da hesab edir ki, hökumət dəyişikliyi gec-tez qaçılmazdır: "Mövcud siyasi rejimlə Rusiya üçün hər hansı pozitiv gələcək mümkün deyil".

23 oktyabr

18:42 - Maya dəyəri 5,7 manat olan mal əti 17 manata satılıb - Azərbaycanda heç kəs bazara nəzarət edə bilmir18:40 - Vuçiç məğlub oldu - Serbiyada ələbələr qalib gəldi18:38 - DİN və Baş Prokurorluq kafedəki qətllə bağlı məlumat yaydı

22 oktyabr

15:50 - Banklar kimlərə və niyə kredit vermir? - "Qara siyahı" ilə bağlı bilinməyənlər - ARAŞDIRMA15:47 - Ermənistan yeni Konstitusiya üçün növbədənkənar seçkiyə gedir15:45 - Paşinyan Azərbaycanla sülh sazişi üçün - Yeni tarix açıqladı15:31 - Şəhidin maaşı hələ də ailəsinə verilir - VİDEOMATERİAL

15 oktyabr

11:04 - Paşinyana sülh sazişini imzalamaq üçün vaxt verilib? 11:00 - Bakıdakı toplantının əhəmiyyəti nədir? 10:51 - Azərbaycanda bankların mənfəəti açıqlanıb

14 oktyabr

17:23 - Veysəloğlu Şirkətlər Qrupunun əməkdaşlarımızın övladları Prezident təqaüdünə layiq görülüblər

08 oktyabr

17:19 - Veysəloğlu MMC-nin Mərkəzi Sınaq Laboratoriyasının akkreditasiya sahəsi genişləndirilib - FOTOLAR

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"