Azərbaycan və Ermənistan XİN rəhbərləri sülh sazişini müzakirə etdilər

11 aprel, 2022 19:23

Xarici işlər naziri Ceyhun Bayramov Ermənistan xarici işlər naziri Ararat Mirzoyanla telefon danışığı zamanı gələcək sülh sazişinin hazırlanması üzrə işi müzakirə edib.

XİN rəhbərləri Birgə Sərhəd Komissiyasının təşkili, habelə humanitar məsələlər üzrə fikir mübadiləsi aparıblar.