Simonyan Qarabağı Azərbaycan ərazisi sayıb-saymaması barədə suala cavab verdi

11 aprel, 2022 19:25

"İndi bu suala ucadan cavab verməyə hüququm yoxdur, çünki biz indi danışıqlara başlayırıq".  

Ermənistan parlamentinin spikeri Alen Simonyan bunu “Azadlıq” radiosunub erməni redaksiyasının “Azatutyun TV” kanalı üçün “Facebook”da keçirdiyi mətbuat konfransında Qarabağı Azərbaycanın tərkib hissəsi hesab edib-etməməsi ilə bağlı sualı cavablandırarkən söyləyib.

“Danışıqlara gedən ölkə parlamentinin sədrinin belə konkret mövqe ortaya qoyması danışıqların məzmununa təsir edə bilər. Əgər sualın müəllifi mənim cavabımı bəyənməsə,  Qarabağla bağlı son fəaliyyətləri izləyə bilər. Heç bir hökumət hakimiyyətə gəldikdən sonra Qarabağa  “Vətəndaş sazişi” hökuməti qədər sərmayə qoymayıb. Bu, faktdır. Əgər mənə hər hansı hökumətin Qarabağ üçün daha çox iş gördüyünü göstərsələr, deyərəm ki, bəli, bu, yaxşıdır”, - deyə Simonyan bildirib(moderator.az).