"Ukraynada baş verənlər faciədir, amma..." - Putin

12 aprel, 2022 19:29

Şübhəsiz ki, Ukraynada baş verənlər faciədir, amma Rusiyaya başqa seçim qoymadılar.

Bu barədə Rusiya Prezidenti Vladimir Putin belaruslu həmkarı Aleksandr Lukaşenko ilə birgə keçirdiyi mətbuat konfransında söyləyib.

Putin Ukraynada baş verənlər barədə heç nəyi gizlətməyəcəklərini və hadisələri obyektiv işıqlandıracaqlarını deyib.

Putin məqsədə çatmaq üçün itkilərin minimallaşdırılmalı olduğunu əlavə edib