Polşa siyasətçiləri Kalininqradı bloklamağa çağırıblar - "Rusiyanı ayırmaq lazımdır"
Rusiya ilə həmsərhəd Varminsk-Mazursk voyevodluğunun siyasətçiləri kollektiv Qərbi Kalininqrad vilayətini bloklamağa çağırıblar.
Voyevodluq parlamentinin bir neçə deputatı birdən Polşanın Kalininqrad vilayəti ilə sərhədini bağlamağa çağırıb.
"Radio Olsztyn" siyasətçilərdən sitat gətirərək, qeyd edir: «Varminsk-Mazursk voyevodluğu Rusiyanın Kalininqrad vilayəti ilə həmsərhəddir və baxmayaraq ki, hələ müharibəyə qədər siyasi səslər meydana gəlib ki, onun sakinləri ilə təmaslar möhkəmlənməlidir, indi siyasi səhnənin nümayəndələri razıdırlar - Rusiyanı ayırmaq lazımdır".
"Novaya Levitsa" partiyasından olan deputat, seymin müdafiə komisiyasının sədr müavini Martin Kulassk xüsusilə canfəşanlıq edib: "Əgər Rusiya istəyirsə ki, "tır"lar (furaların beynəlxalq markalanması, tərcümədə «Beynəlxalq yol daşımaları» mənasına gəlir) maneəsiz olaraq, Kalininqrada çatsınlar, o zaman qoy, ordunu Ukraynadan çıxartsın".