İsveç NATO-ya üzv olmağa qərar verib - "Svenska Dagblaget" nəşri

13 aprel, 2022 14:18

İsveçin Baş naziri Maqdalena Andersson ölkəsinin artıq iyunda NATO-ya qoşulmaq istədiyini açıqlayıb.

Bunu ölkənin “Svenska Dagbladet” nəşri yazıb.

İsveç NATO-nun iyunun 29-30-da Madriddə keçiriləcək sammiti zamanı Alyansa üzvlük üçün müraciət edəcək.