"Dünya bizə deyir ki, Qarabağdan imtina edin" - Paşinyan

13 aprel, 2022 21:21

Ermənistanın Baş naziri Nikol Paşinyan bu gün parlamentin iclasında mühüm bəyanatlar səsləndirib.

Erməni mediası xəbər verir ki, o, beynəlxalq birliyin Azərbaycanın ərazi bütövlüyünü tanımaqdan, habelə Qarabağın statusu ilə bağlı iddialardan imtina etməkdən yana olduğunu açıqlayıb: "Beynəlxalq ictimaiyyət Türkiyənin müttəfiqi Azərbaycanın ərazi bütövlüyünü dünyada tanımayan yeganə ölkə olmanın təhlükəsindən açıq şəkildə danışır. Bu gün beynəlxalq ictimaiyyət bizə deyir: Dağlıq Qarabağ məsələsində "plankanı" bir az aşağı salın. Bununla siz Ermənistan və "Artsax" ətrafında daha böyük beynəlxalq konsolidasiyaya malik olacaqsınız. Əks halda ümidlərinizi bizə bağlamamağınızı xahiş edirik. Bu halda biz sizə kömək edə bilmirik. Amma siz kömək üçün şərait yarada bilərsiz".

Paşinyan bəyan edib ki, beynəlxalq tərəfdaşlar İrəvanın hazırkı mövqeyinin təkcə Qarabağ üçün deyil, həm də Ermənistanın özü üçün böyük təhlükə olduğunu bildirirlər. Onun fikrincə, bu gün dünyada çox az ölkə var ki, öz sərhədləri ilə kifayətlənmir. Məhz bu səbəbdən Paşinyan əmin edib ki, o, Ermənistan üçün sülh gündəliyinin alternativinin olmadığını təkrar etməyə məcburdur.

Baş nazir daha sonra Türkiyə-Ermənistan danışıqlarından bəhs edib. O deyib ki, İrəvan Ankara ilə müzakirələrdə bütün riskləri və tələləri anlayır. Amma eyni zamanda Türkiyə ilə danışıqları davam etdirmək, dialoq qurmaq lazımdır. Paşinyan da hesab edir ki, Türkiyə ilə danışıqlarda durğunluq yaşanmaması üçün hər şeyi etmək lazımdır. Onun sözlərinə görə, Ermənistan prosesin o qədər də sürətli olmayacağını anlayır və bu barədə beynəlxalq tərəfdaşlarına məlumat verir: "Amma bu sürətli nəticələr olmadıqda durğunluq təhlükəsi var. Onun qarşısını almaq üçün kiçik addımlarla irəliləmək lazımdır".

Baş nazir onu da vurğulayıb ki, Ermənistan-Türkiyə münasibətlərinin normallaşması prosesi beynəlxalq tərəfdaşların tam dəstəyini alır: "Əsas məsələ ondan ibarətdir ki, dəstəyin miqyasına və alətlərinə son dərəcə diqqətli olmaq lazımdır, çünki söhbət ikitərəfli münasibətlərdən gedir".

23 oktyabr

18:42 - Maya dəyəri 5,7 manat olan mal əti 17 manata satılıb - Azərbaycanda heç kəs bazara nəzarət edə bilmir18:40 - Vuçiç məğlub oldu - Serbiyada ələbələr qalib gəldi18:38 - DİN və Baş Prokurorluq kafedəki qətllə bağlı məlumat yaydı

22 oktyabr

15:50 - Banklar kimlərə və niyə kredit vermir? - "Qara siyahı" ilə bağlı bilinməyənlər - ARAŞDIRMA15:47 - Ermənistan yeni Konstitusiya üçün növbədənkənar seçkiyə gedir15:45 - Paşinyan Azərbaycanla sülh sazişi üçün - Yeni tarix açıqladı15:31 - Şəhidin maaşı hələ də ailəsinə verilir - VİDEOMATERİAL

15 oktyabr

11:04 - Paşinyana sülh sazişini imzalamaq üçün vaxt verilib? 11:00 - Bakıdakı toplantının əhəmiyyəti nədir? 10:51 - Azərbaycanda bankların mənfəəti açıqlanıb

14 oktyabr

17:23 - Veysəloğlu Şirkətlər Qrupunun əməkdaşlarımızın övladları Prezident təqaüdünə layiq görülüblər

08 oktyabr

17:19 - Veysəloğlu MMC-nin Mərkəzi Sınaq Laboratoriyasının akkreditasiya sahəsi genişləndirilib - FOTOLAR

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"