Rusların Azərbaycana axını gözlənilir

14 aprel, 2022 18:48

Azərbaycanın quru sərhədləri bağlı qalsa da, ayrı-ayrı ölkələrlə hava nəqliyyatına qoyulan məhdudiyyətlər tədricən aradan qaldırılır. Bundan başqa, aprelin 15-dən ölkəyə daxil olan şəxslərdən PCR testinin nəticəsi tələb olunmayacaq. Növbəti mərhələdə isə quru sərhədlərin açılacağı ehtimal edilir.

Ekspertlərin fikrincə, PCR test tələbinin ləğvi Azərbaycana gələnlərin sayında artıma səbəb olacaq. Xüsusilə Rusiyadan ölkəmizə səfər edənlərin sayının artacağı gözlənilir.

Rusiya mətbuatı xəbər verir ki, qarşıdan gələn may bayramları üçün xaricə uçmaq istəyən rusların sayı ötən illə müqayisədə dörd dəfə artıb. Rusların ən çox səyahət edəcəkləri yerlər siyahısında Türkiyəyə, Özbəkistan və Azərbaycan da var.

Bundan başqa ilk 10-luğa Qırğızıstan, Ermənistan, Belarus, Qazaxıstan, İsrail, Gürcüstan və Yunanıstan daxildir. Ehtimal olunur ki, Moskvadan Bakıya birbaşa uçuşlar may ayından etibarən bərpa oluna bilər.

Məlumata görə, Rusiyada biletlərin qiyməti may ayında bir gediş üçün 28 min rubldan başlayacaq.

Etnik və Beynəlxalq Araşdırmalar Mərkəzinin elmi direktoru, “Arxont” jurnalının baş redaktoru, rusiyalı politoloq Anton Bredixin modern.az-a açıqlamasında bildirib ki, may ayında Azərbaycana gələn rus turistlərin sayı xeyli artacaq:

“Pandemiya məhdudiyyətləri rusiyalı turistlərin və iş adamlarının Azərbaycana gəlişinə təsir edirdi. Azərbaycana səfər etmək istəyənlər test verməli idilər. Şəxsən mən bunu etmişəm. Ancaq dəyişikliklərdən sonra mütləq turistlərin sayı artacaq. Təbii ki, bura Avropa ilə sərhədlərin bağlanması da təsir edəcək”.

Anton Bredixin hesab edir ki, Rusiya və Azərbaycan arasında aviareyslər tezliklər bərpa olunacaq: “Hava əlaqələrini bərpa etməyin vaxtıdır. Rusiyanın cənubunda hava limanlarının açılması ilə yanaşı, Azərbaycana da uçuşlar başlamalıdır”.

Ekspertin fikrincə, Rusiyadan Azərbaycana uçuşlar mayda başlaya bilər.

Xatırladaq ki, bu il martın 6-dan Azərbaycan və Rusiya aviaşirkətləri qarşılıqlı olaraq uçuşları dayandırıb.

23 oktyabr

18:42 - Maya dəyəri 5,7 manat olan mal əti 17 manata satılıb - Azərbaycanda heç kəs bazara nəzarət edə bilmir18:40 - Vuçiç məğlub oldu - Serbiyada ələbələr qalib gəldi18:38 - DİN və Baş Prokurorluq kafedəki qətllə bağlı məlumat yaydı

22 oktyabr

15:50 - Banklar kimlərə və niyə kredit vermir? - "Qara siyahı" ilə bağlı bilinməyənlər - ARAŞDIRMA15:47 - Ermənistan yeni Konstitusiya üçün növbədənkənar seçkiyə gedir15:45 - Paşinyan Azərbaycanla sülh sazişi üçün - Yeni tarix açıqladı15:31 - Şəhidin maaşı hələ də ailəsinə verilir - VİDEOMATERİAL

15 oktyabr

11:04 - Paşinyana sülh sazişini imzalamaq üçün vaxt verilib? 11:00 - Bakıdakı toplantının əhəmiyyəti nədir? 10:51 - Azərbaycanda bankların mənfəəti açıqlanıb

14 oktyabr

17:23 - Veysəloğlu Şirkətlər Qrupunun əməkdaşlarımızın övladları Prezident təqaüdünə layiq görülüblər

08 oktyabr

17:19 - Veysəloğlu MMC-nin Mərkəzi Sınaq Laboratoriyasının akkreditasiya sahəsi genişləndirilib - FOTOLAR

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"