Ermənistan Cenevrə Konvensiyasını necə pozub? - - ABŞ Dövlət Departamentinin hesabatında şok faktlar

14 aprel, 2022 23:10

ABŞ Dövlət Departamentinin Demokratiya, İnsan Hüquqları və Əmək Bürosunun 2021-ci il dünya ölkələrində insan hüquqlarının vəziyyətinə dair illik hesabatının Ermənistan ilə bağlı hissəsində İkinci Qarabağ müharibəsi zamanı Ermənistan silahlı qüvvələri tərəfindən beynəlxalq hüququn və Cenevrə Konvensiyasının pozulması faktları öz əksini tapıb.

Bu barədə dərc olunmuş hesabatda bildirilir. 

Hesabatda qeyd olunub ki, 2020-ci ildəki İkinci Qarabağ Müharibəsi zamanı beynəlxalq humanitar hüququn və insan hüquqlarının pozulması ilə bağlı “İnsan Hüquqları üzrə Beynəlxalq Tərəfdaşlıq” (IPHR) və “Truth Hounds” qeyri-hökumət təşkilatları tərəfindən may ayında dərc olunmuş birgə hesabata əsasən, Ermənistan silahlı qüvvələri üzvlərinin yaralı halda əsir götürdükləri iki Azərbaycan əsgərini edam etməsinə dair təkzibedilməz dəlillər mövcuddur. Sübut iki videodan ibarət olub.

“Əgər bu qətllər sonrakı araşdırmalar zamanı təsdiqlənərsə, bu, beynəlxalq humanitar hüququn və Cenevrə Konvensiyasının açıq şəkildə pozulmasıdır. Yaralı Azərbaycan əsgərlərinin öldürülməsi həm də Ermənistanın Cinayət Məcəlləsini pozur və Avropa İnsan Haqları Konvensiyasına uyğun olaraq yaşamaq hüququnun kobud şəkildə pozulmasını özündə əks etdirir”, - hesabatda deyilir.

QHT hesabatında bildirilir ki, keçmiş azərbaycanlı məhbuslarla müsahibələrə və əsirlərdən biri ilə qəddar rəftarın əks olunduğu videoya əsasən, ən azı yeddi azərbaycanlı hərbi əsir Ermənistan silahlı qüvvələri tərəfindən işgəncələrə və qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftara məruz qalıb.

Bundan əlavə, IPHR və “Truth Hounds” videoya çəkilmiş daha üç qəddar rəftar halı ilə bağlı əlavə araşdırmalara ehtiyac olduğunu bildirib.

“Şahidlər tərəfindən təsvir edilən və ya videoya çəkilmiş sistematik döyülmələr, qeyri-insani saxlama şəraiti, tibbi yardımdan və digər əsas ehtiyaclardan imtina, qəddarlıq və ləyaqəti alçaldan rəftar Ermənistan silahlı qruplaşmaları tərəfindən Cenevrə Konvensiyasının ciddi şəkildə pozulması və Avropa İnsan Haqları Konvensiyasına uyğun olaraq işgəncə və qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftarın qadağan edilməsinin pozulması anlamına gəlir”, - hesabatda deyilir.

Sənəddə Ermənistan silahlı qüvvələri tərəfindən ölənlərin cəsədləri üzərində insanlığa yaraşmayan çoxsaylı addımlar atmasının təkzibedilməz sübutu olan videogörüntülər təsvir edilir. 

“Cəsədlər üzərində qeyri-insani hərəkətlərə dair əsaslı iddiaların hamısı əlavə araşdırma tələb edir”, - sənəddə qeyd olunub.

Hesabata əsasən, beynəlxalq fotojurnalist Füzuli, Ağdam, Zəngilan, Kəlbəcər və Cəbrayılda onlarla azərbaycanlı qəbiristanlığının dağıdılmasını “sənədləşdirib”. Qəbirlər dağıdılmış halda aşkar edilib, hətta bəzi hallarda qəbirlərdən qarət olmasına dair sübutlar var. Digər yerlərdə isə ağır tikinti texnikası ilə dağıntı və meyit qalıqlarının eksqumasiyası izləri aşkar edilib.

“Ağdamda Şəhidlər Xiyabanını ziyarət edən xarici müşahidəçilər vaxtilə cəsədlərin basdırıldığı çuxurların fotolarını çəkiblər; qəbiristanlıqda yalnız bir dağılmış qəbir daşı qalır. Qəbiristanlıqlardakı vandalizm həmçinin qəbir daşlarının üzərindəki mərhumların şəkillərinin çəkic və ya buna bənzər əşyalarla tanınmayacaq dərəcədə dağıdılmasında da əks olunub. Bundan əlavə, qəbirdən çıxarılan cəsəd qalıqlarından qızıl dişlər çıxarılıb, kəllə sümükləri və digər sümüklər qəbiristanlıqlara səpələnib. Fotojurnalistin sözlərinə görə, erməni məzarları faktiki olaraq toxunulmaz qalıb”, - hesabatda vurğulanır.

Qeyd olunur ki, 2021-ci il aprelin 24-də Azərbaycan Baş Prokurorluğu Kəlbəcər rayonunun əvvəllər işğal altında olan Başlıbel kəndində 1993-cü ildə Ermənistan silahlı qüvvələri tərəfindən öldürüldüyü güman edilən azərbaycanlıların məzarlarının axtarışı ilə bağlı araşdırmalara başlayıb: “Azərbaycan Baş Prokurorluğunun məlumatına görə, 12 dinc sakinin meyiti tapılıb. İyun ayında daha üç cəsəd, avqustun 30-da isə çoxlu insan qalıqların olduğu başqa bir dəfn yeri tapılıb”.

Hesabatda göstərilir ki, Azərbaycan Baş Prokurorluğunun məlumatına görə, 2020-ci ilin noyabrında atəşkəs əldə olunduğu andan ilin sonunadək əvvəllər Ermənistanın nəzarətində olan Azərbaycan ərazilərində mina partlayışları nəticəsində Azərbaycanın 7 hərbi qulluqçusu və 29 mülki şəxs həlak olub; daha 109 hərbçi və 44 mülki şəxs yaralanıb.

“Ermənistan hökumətinin məlumatına görə, 2020-ci ilin dekabrında hökumət həmin ilin payızında baş vermiş münaqişə zamanı Ermənistan hərbi qulluqçuları tərəfindən silahlı münaqişələr zamanı beynəlxalq humanitar hüququn ciddi şəkildə pozulması ittihamı ilə altı cinayət işi başladıb. Altı işdən dördü güman edilən qətllər, işgəncə və qeyri-insani rəftarla, biri güman edilən qətllər və işgəncələrlə, biri isə güman edilən qətllə bağlı olub. 2021-ci il iyunun 22-də hökumət altı işin hamısını bir cinayət prosesində birləşdirib. 2021-ci ilin sonunda istintaq davam edirdi”, - ABŞ Dövlət Departamentinin Demokratiya, İnsan Hüquqları və Əmək Bürosunun hesabatında bildirilib.

23 oktyabr

18:42 - Maya dəyəri 5,7 manat olan mal əti 17 manata satılıb - Azərbaycanda heç kəs bazara nəzarət edə bilmir18:40 - Vuçiç məğlub oldu - Serbiyada ələbələr qalib gəldi18:38 - DİN və Baş Prokurorluq kafedəki qətllə bağlı məlumat yaydı

22 oktyabr

15:50 - Banklar kimlərə və niyə kredit vermir? - "Qara siyahı" ilə bağlı bilinməyənlər - ARAŞDIRMA15:47 - Ermənistan yeni Konstitusiya üçün növbədənkənar seçkiyə gedir15:45 - Paşinyan Azərbaycanla sülh sazişi üçün - Yeni tarix açıqladı15:31 - Şəhidin maaşı hələ də ailəsinə verilir - VİDEOMATERİAL

15 oktyabr

11:04 - Paşinyana sülh sazişini imzalamaq üçün vaxt verilib? 11:00 - Bakıdakı toplantının əhəmiyyəti nədir? 10:51 - Azərbaycanda bankların mənfəəti açıqlanıb

14 oktyabr

17:23 - Veysəloğlu Şirkətlər Qrupunun əməkdaşlarımızın övladları Prezident təqaüdünə layiq görülüblər

08 oktyabr

17:19 - Veysəloğlu MMC-nin Mərkəzi Sınaq Laboratoriyasının akkreditasiya sahəsi genişləndirilib - FOTOLAR

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"