20 min erməni artıq Qarabağı tərk edib

01 oktyabr, 2020 17:48

Azərbaycan Ordusunun 3 istiqamətdə apardığı şiddətli döyüşlər Ermənistanda və separatçıların nəzarətində olan ərazilərdə ciddi təşvişə səbəb olub.  Ordumuzun əldə etdiyi uğurlu əməliyyatlarından sonra bu ərazilərdən kütləvi köç prosesinə başlanılıb. 

Azsiyasət.com xəbər verir ki, artıq 5 gün ərzində Ermənistana köç edən əhalinin sayı 20  minə çatıb. Bundan təşvişə düşən Ermənistan hakimiyyəti qaçqınların yerləşdirilməsi üçün bir sıra beynəlxalq humanitar təşkilatlara, xüsusilə Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyasına yardım üçün müraciət etsələr də, gözlənilən cavabı almayıb. Rəsmi Yerevana donor təşkilatlara müraciət etmək tövsiyə olunub.  Bütün bunlar cəmi 5 gün davam edən döyüşlərin nəticəsidir.

Ermənistanın "4rd.am” saytı yazır ki, son döyüşlərdə erməni tərəfindən həm canlı, həm də hərbi texnika itkisi həddindən artıq böyük olub. Ermənistan ordusunun mindən çox əsgərinin öldürüldüyünü diqqətə çatdıran sayt işğal altındakı Şuşa hospitalına istinadən qeyd edir ki, bura yüzlərlə yaralı gətirilib. Öldürülənlər arasında əsgərlərlə yanaşı, kiçik və böyük rütbəli zabitlər də var. Avtomobillər, ağır zirehli texnika, artilleriya qurğuları məhv edilib. 

Digər erməni xəbər saytları və internet televiziyalarının  Xankəndidən hazırladığı reportajda insanların vahimə içərisində olduğu qeyd olunur. Xankəndi sakinləri Qarabağ münaqişəsi zonasında vəziyyət gərginləşdikdən sonra gecəni zirzəmilərdə keçirirlər.

Son iki gündə vəziyyət daha da gərginləşib. 

"İravunk” qəzeti erməni əhalisinin təşviş içində olduğunu, evlərini kütləvi şəkildə tərk etdiyini diqqətə çatdırır. Xankəndidən böyük köç başlayıb. Qarabağdakı rejim əhalinin evlərini tərk etməsinə maneələr yaratmır. Gedənlər postlarda saxlanılmır. Əsgərlər fərarilik edirlər. Hakimiyyətin və Qarabağ müharibəsi veteranlarının çağırışına baxmayaraq, gənclər orduya getmək istəmirlər. Onlar müxtəlif bəhanələrlə döyüşməkdən imtina edirlər. Yeganə ümid Qarabağ müharibəsi veteranlarınadır. Amma son məlumatlar göstərir ki, heç Qarabağ müharibəsi veteranları da vuruşmaq niyyətində deyillər. Çünki budəfəki döyüşlər əvvəlkindən çox fərqlidir. Bunu itkilər barədə ermənilərin etirafı da təsdiq edir.

Rusiyanın "İzvestiya” qəzetinin Xankəndidəki reportyoru isə yazır ki, buradan ermənilərin kütləvi və kortəbii şəkildə köçürülməsi baş verir, insanları kütləvi şəkildə Yerevana göndərirlər. "Onları elə birbaşa göndərirlər, heç bilmirlər ki, orada qohumları var, ya yox. Lakin deyirlər ki, onları hökmən orada kimsə qarşılayacaq. Polis yolüstü Yerevana gedən avtomobilləri saxlayır və onlar ailələri maşınlarına mindirib tamamilə pulsuz Yerevana aparırlar”.

Bu arada Ermənistanda mövcud olan hərbi vəziyyətlə əlaqədar 18-55 yaş arasında kişilərin ölkədən çıxışına məhdudiyyət qoyulub. Ermənistan ordusunun bəzi hərbi qulluqçuları isə buna etiraz olaraq sosial şəbəkələrdə bildiriblər ki, onlar başqasının torpağı uğrunda ölmək istəmirlər”. 

Döyüşlərin geniş vüsət alması əhalinin köçü ilə yanaşı rejim ərazisində bütün həyatı da iflic edib. Ermənistanın "Joxovurd” qəzeti yazır ki, cəbhə zonasında davam edən döyüşlərdən qaçan ermənilər atəşin dayandırılmasından sonra da geri qayıtmaq istəmirlər. Bəzi saytlar isə qondarma qurumdakı mənbələrə istinadən bildirirlər ki, onların çox böyük itkiləri var. Hospitallar yaralılarla doludur. Azərbaycan tərəfinin kütləvi şəkildə aviasiya, artilleriya, raket silahları tətbiq etməsi işğal olunmuş ərazilərimizdəki rejimi ciddi şəkildə qorxuya salıb, zərbələrin səhərlə yanaşı axşam da davam etməsi  onlar üçün kabusa çevrilib. 

Sözsüz, Qarabağdan böyük miqyasda köçün əsas səbəbi  düşmənin öz ordusunun yenilməzliyi ilə bağlı apardığı təbliğatın puç olmasıdır. Göründüyü kimi, son hadisələr yerli əhali arasında ciddi ruh düşkünlüyü yaradıb. Azərbaycan ordusunun qələbə yürüşü ermənilərin bu köçünün daha da geniş vüsət alacağı şübhə doğurmur.

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR

13 iyul

13:08 - Hakan Fidanın müqayisəsi təəccüblüdür - İran XİN13:06 - Azərbaycanın potensial daxili riskləri yoxdur13:04 - "Etibar Pirverdiyevin mənə qəzəbinin səbəbini bilmirəm"

01 iyul

20:13 - Tramp Türkiyədən nə istəyir? - CNN20:09 - Kiyev "İsgəndər"lə vuruldu20:07 - Azərbaycanlılar ən çox bu ölkələrin vətəndaşları ilə evlənir20:05 - Prezident ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvünü qəbul edib - FOTO

25 iyun

19:16 - "ABŞ memorandumun iki bəndini pozub" - İran

19 iyun

11:29 - "Veysəloğlu" nümayəndə heyəti "Şölen"in Qaziantepdəki yeni zavodunun açılışında iştirak edib

16 iyun

17:17 - Veysəloğlu Şirkətlər Qrupu "Süni Zəka Dövründə Liderlik" mövzusunda forum keçirib - FOTOLAR

12 iyun

14:14 - Veysəloğlu Şirkətlər Qrupu AYİB-in 35-ci İllik Toplantısı və Biznes Forumunda təmsil olunub - FOTO

06 iyun

19:24 - "Ermənistan Rusiyasız mövcud ola bilməz" - Samvel Ayvazyan19:20 - "Azərbaycanda sülh sazişi imazalanmalı, Türkiyə ilə sərhəd açılmalıdır"19:17 - Azərbaycanda bank rəhbərləri nə qədər qazanır: İllik 20 milyonu keçir - SİYAHI19:15 - Paşinyanın partiyası seçkilərdə qalib gəldi

30 may

13:27 - Neft bazarında kəskin eniş - Bakı neftinin qiyməti belə dəyişdi13:23 - İranın Trampdan tələb etdiyi şərt..13:20 - Rusiyanın Ermənistandakı səfiri Moskvaya çağırıldı

18 may

19:12 - "Araz" supermarketlər şəbəkəsi yeni nəsil Tədarükçü Əməkdaşlıq Platformasını təqdim edib - FOTOLAR

16 may

18:42 - Azərbaycanın neft ixrac etdiyi ölkələr - SİYAHI