Rusiya Consona sanksiya tətbiq etdi - Siyahıda daha kimlər var?

16 aprel, 2022 14:36

Rusiya Xarici İşlər Nazirliyi Böyük Britaniyanın Baş naziri Boris Consona qarşı sanksiya tətbiq edib.

Bu barədə Rusiya Xarici İşlər Nazirliyi açıqlama yayıb.

Bildirilib ki, sanksiya eyni zamanda, hökumət üzvlərinə və keçmiş Baş nazir Tereza Meyə də şamil olunub.

Nazirliyin açıqlamasında Britaniya hökumətinin Rusiyaya qarşı sanksiya çağırışlarının qəbuledilməz olduğu vurğulanıb.