SSRİ ilə nasist Almaniyasını eyniləşdirənlərə həbs cəzası veriləcək
16 aprel, 2022 18:33
Rusiyada SSRİ və nasist Almaniyasının İkinci Dünya Müharibəsindəki rolunu açıq şəkildə eyniləşdirən vətəndaşlara cərimə və həbs cəzası veriləcək.
Bununla bağlı Rusiya Prezidenti Vladimir Putin qanun imzalayıb.
Rəsmi saytda dərc olunan qanuna əsasən, SSRİ ilə nasist Almaniyasını eyniləşdirənləri 5 min rubla qədər cərimə və ya 15 sutkaya qədər həbs, hüquqi şəxsləri isə 100 min rubla qədər cərimə gözləyir.