İranda 900 ton narkotik maddə müsadirə olunub
16 aprel, 2022 18:35
Ötən il İranda 900 ton narkotik maddə müsadirə olunub.
Bunu İranın Baş Polis İdarəsinin rəis müavini, general Qasim Rzayi deyib.
O bildirib ki, 2021-ci ilin mart ayından 2022-ci ilin mart ayınadək narkotik qaçaqmalçılığına qarşı mübarizədə çox sayda polis yaralanıb və ölüb.
Generalın sözlərinə görə, İran narkotik qaçaqmalçılığı ilə mübarizə aparmaq üçün sərhədlərini möhkəmləndirib.