"Putinə zəng etməyin heç bir mənası yoxdur..." - İtaliyanın Baş naziri

17 aprel, 2022 23:06

“Rusiya Prezidenti Vladimir Putinə zəng etməyin heç bir mənası yoxdur. Çünki o, ukraynalı həmkarı Volodimir Zelenski ilə danışıqlar aparmaq istəmir və sülh axtarışında deyil”.

Bunu İtaliyanın Baş naziri Mario Draqi ölkəsinin “Corriere Della Sera” nəşrinə müsahibəsində deyib.

“Sona qədər ümid edirdim ki, Putin bunu etməyəcək. Müharibə başlamazdan əvvəl ona zəng vurdum. Lakin bir neçə həftə sonra o, hücuma keçdi. Onunla sona qədər danışmağa çalışdım. Hələlik Putinin məqsədi sülh axtarmaq deyil. Onun niyyəti Ukraynanın müqavimətini qırmaq, ölkəni işğal etməkdir”, - hökumət başçısı söyləyib.

O, İtaliyanın Ukraynanın yanında olacağını bildirib. “Səfirliyimiz artıq Kiyevdə işini bərpa edib. Bir çoxları kimi, mən də düşünürdüm ki, Rusiyanın sürətli qələbəsi qonşu dövlətlər üçün təhlükə olacaq. Lakin bu, baş vermədi. Qələbə olmadı və bunun nə vaxt olacağını da bilmirik. Prezident Zelenskinin dediyi kimi, Ukraynada xalq orduya çevrilib. Biz uzun sürən zorakılıq və dağıntılarla qarşı-qarşıyayıq. Bu müharibə davam edəcək. Bununla belə, Ukrayna xalqının Rusiyanı qəbul edə biləcəyinə dair heç bir əlamət yoxdur”.

M.Draqi V.Putinlə telefon danışığı zamanı Ukrayna Prezidenti V.Zelenski ilə mümkün görüşü barədə soruşduğunu da xatırladıb.

“Putin dedi ki, bunun vaxtı hələ çatmayıb. Mən atəşkəs barədə təkid edəndə o, bunun da vaxtının hələ çatmadığını vurğuladı. Bir neçə gün ərzində yenidən danışacağımıza söz verərək vidalaşdıq. Amma sonra Buçadan dəhşətli xəbərlər gəldi. Beləliklə, mən başa düşdüm ki, danışıqlar, həqiqətən, mənasızdır”,- İtaliyanın Baş nazir əlavə edib.

Onun fikrincə, tətbiq edilən sanksiyalar Rusiyanı dayandırmayacaq: “Bunlar Kremli zəiflətməyə hesablanıb. Amma məhdudiyyətlər Ukraynadakı Rusiya qoşunlarını dayandırmayacaq. Bunun üçün biz Ukraynaya daha çox kömək etməliyik”.

23 oktyabr

18:42 - Maya dəyəri 5,7 manat olan mal əti 17 manata satılıb - Azərbaycanda heç kəs bazara nəzarət edə bilmir18:40 - Vuçiç məğlub oldu - Serbiyada ələbələr qalib gəldi18:38 - DİN və Baş Prokurorluq kafedəki qətllə bağlı məlumat yaydı

22 oktyabr

15:50 - Banklar kimlərə və niyə kredit vermir? - "Qara siyahı" ilə bağlı bilinməyənlər - ARAŞDIRMA15:47 - Ermənistan yeni Konstitusiya üçün növbədənkənar seçkiyə gedir15:45 - Paşinyan Azərbaycanla sülh sazişi üçün - Yeni tarix açıqladı15:31 - Şəhidin maaşı hələ də ailəsinə verilir - VİDEOMATERİAL

15 oktyabr

11:04 - Paşinyana sülh sazişini imzalamaq üçün vaxt verilib? 11:00 - Bakıdakı toplantının əhəmiyyəti nədir? 10:51 - Azərbaycanda bankların mənfəəti açıqlanıb

14 oktyabr

17:23 - Veysəloğlu Şirkətlər Qrupunun əməkdaşlarımızın övladları Prezident təqaüdünə layiq görülüblər

08 oktyabr

17:19 - Veysəloğlu MMC-nin Mərkəzi Sınaq Laboratoriyasının akkreditasiya sahəsi genişləndirilib - FOTOLAR

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"