ABŞ qoşun göndərməsə, Ukrayna Suriyaya dönəcək

18 aprel, 2022 14:17

"Əgər ABŞ Ukraynaya qoşun göndərməsə, bu ölkə ikinci Suriya olacaq".

Bu barədə amerikalı senator Kristofer Kuns çıxışında deyib.

“Bayden və onun administrasiyası həm sanksiyalar sahəsində, həm də vaxtilə kənarda qalan ölkələrin bu mübarizəyə cəlb edilməsi baxımından çox iş görüb. Ancaq kritik an gəlib”, - senator bildirib.