"Avropa Rusiya qazından imtina edə bilər, amma çox çətin olacaq"

18 aprel, 2022 14:59

"Avropa İttifaqının (Aİ) Rusiyaya qarşı enerji sektorunu da əhatə edəcək altıncı sanksiyalar paketinin hazırlanması fonunda Qərbin Rusiya qazından mümkün imtinası məsələsi getdikcə daha da aktuallaşır". 

Bunu Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayen deyib.

Onun sözlərinə görə, Ukraynada aparılan hərbi əməliyyatlar səbəbindən Rusiyaya qarşı tətbiq edilən genişmiqyaslı sanksiyalar fonunda ən çətin qərar Aİ ölkələrinin çox asılı olduqları Rusiya neftindən və qazından imtina ilə bağlıdır.

O, növbəti sanksiyalar paketi haqqında bildirib ki, neftin növbəti sanksiyalara daxil edilməsi üçün hazırda “smart”-mexanizmlər üzərində işləyirik.

Politico nəşrinə görə, Aİ Şurasının sədri Şarl Mişel də Rusiyanın enerji daşıyıcılarından tam imtinanın tərəfdarıdır. Daha əvvəl o bildirmişdi ki, “tez ya gec” Rusiya neftinə və qazına qarşı sanksiyalar tətbiq etmək lazım gələcək.

Avropa Komissiyasının vitse-prezidenti, Aİ-nin xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozep Borrelin proqnozlarına görə, Avropa ən yaxşı halda 2 il sonra Rusiya qazından imtina edə bilər. O, “Sky News Arabia”ya müsahibəsində vurğulayıb ki, bununla əlaqədar olaraq, Aİ resursları şaxələndirməyə çalışır və bu baxımdan Yaxın Şərq böyük rol oynaya bilər.

ICIS konsaltinq şirkətinin sıxılmış təbii qaz bazarı üzrə analitiki Robert Songer “Report”a açıqlamasında deyib ki, texniki baxımdan Aİ-nin bu müddətə Rusiya qazından imtina etməsi mümkündür, amma bu, son dərəcə çətin olacaq:

“Mövcud tədarük şəbəkələrinin buraxılış qabiliyyətinin artırılması ilə bağlı imkanların məhdudluğunu nəzərə alsaq, çox güman ki, tələbin azalması Rusiyadan tədarükün itirilməsini kompensasiya etmək baxımından vacib komponent olacaq. Avropanın problemi bundadır ki, idxal obyektlərinin əsas hissəsi qitənin cənubunda olduğu halda, əsas tələbi daha şimalda yerləşən ölkələr formalaşdırır. Şimali Avropa Rusiyanın qaz həcmlərini sıxılmış təbii qazla (CNG) əvəz etmək üçün daha çox idxal obyekləri yaratmalıdır. Daha əvvəl yeni potensial CNG zavodları haqqında danışılırdı, amma hazırda təklif məhdud, tələb isə çox böyükdür”.

Onun fikrincə, yeni CNG zavodlarının tikilməsi vaxt tələb edəcək və bu, 2-3 il vaxt apara bilər.

23 oktyabr

18:42 - Maya dəyəri 5,7 manat olan mal əti 17 manata satılıb - Azərbaycanda heç kəs bazara nəzarət edə bilmir18:40 - Vuçiç məğlub oldu - Serbiyada ələbələr qalib gəldi18:38 - DİN və Baş Prokurorluq kafedəki qətllə bağlı məlumat yaydı

22 oktyabr

15:50 - Banklar kimlərə və niyə kredit vermir? - "Qara siyahı" ilə bağlı bilinməyənlər - ARAŞDIRMA15:47 - Ermənistan yeni Konstitusiya üçün növbədənkənar seçkiyə gedir15:45 - Paşinyan Azərbaycanla sülh sazişi üçün - Yeni tarix açıqladı15:31 - Şəhidin maaşı hələ də ailəsinə verilir - VİDEOMATERİAL

15 oktyabr

11:04 - Paşinyana sülh sazişini imzalamaq üçün vaxt verilib? 11:00 - Bakıdakı toplantının əhəmiyyəti nədir? 10:51 - Azərbaycanda bankların mənfəəti açıqlanıb

14 oktyabr

17:23 - Veysəloğlu Şirkətlər Qrupunun əməkdaşlarımızın övladları Prezident təqaüdünə layiq görülüblər

08 oktyabr

17:19 - Veysəloğlu MMC-nin Mərkəzi Sınaq Laboratoriyasının akkreditasiya sahəsi genişləndirilib - FOTOLAR

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"