Tramp Rusiya və Ukraynanı danışıqlar masası arxasında oturmağa çağırıb - "The Hill" nəşri...

20 aprel, 2022 00:17

Rusiya və Ukrayna münaqişənin danışıqlar yolu ilə həllinə gəlməlidirlər.

Bu barədə ABŞ-ın eks-prezidenti Donald Tramp bəyan edib, onun bəyanatından "The Hill" sitat gətirir.

"Rusiya və Ukrayna danışıqlar masası arxasına oturmurlar və hansısa saziş işləyib hazırlamırlarsa, bunun mənası yoxdur" - Tramp qeyd edib. Onun sözlərinə görə, yaranmış vəziyyətdə qərar artıq indi tapılmalıdır.

Eyni zamanda, bu yaxınlarda Avropa diplomatiyasının başçısı Jozep Borrel Kiyevə səfərdən sonra, "Rusiya ilə münaqişəni hərbi yolla başa çatdırmaq lazımdır" çağırışı ilə çıxış edib. Qərb ölkələri və ABŞ Ukraynaya silah tədarükünü davam etdirirlər və Kiyevə maliyyə köməyi və Rusiyanı sanksiyalarla bomağı vəd edirlər.