"Putinlə görüşdə Qarabağ məsələsi ilə bağlı yekun razılığa gəldik" - Paşinyan

21 aprel, 2022 01:30

Ermənistanın baş naziri Nikol Paşinyan Rusiya prezidenti Vladimir Putinlə səmərəli müzakirələr apardığını bildirib.

Bu barədə Ermənistan hökumətinin mətbuat xidməti məlumat yayıb.

Paşinyan bildirib ki, Rusiya prezidenti ilə görüşdə onlar bir sıra mühüm məsələlər, o cümlədən təhlükəsizlik, Qarabağ məsələsi, regional kommunikasiyaların açılması, Ermənistan və Azərbaycan arasında delimitasiya və demarkasiya prosesi ilə bağlı yekun razılığa gəliblər.