"Azovu elə bloklayın ki, milçək belə uçmasın" - Putin

21 aprel, 2022 11:45

“Mariupol şəhərində “Azovstal” sənaye zonasına hücum etmək lazım deyil”.

Bu barədə Rusiya Prezidenti Vladimir Putin müdafiə naziri Sergey Şoyqu ilə görüşündə danışıb.

“Əsgərlərimizin həyatını qorumaq lazımdır. Katakombalara girmək lazım deyil, “Azovstal”da sənaye zonasını elə blokadaya almaq lazımdır ki, bir milçək belə uçmasın”, - deyə Putin söyləyib.