"Gömrük Komitəsi sahibkarları "soymaqla", onların fəaliyyətini çökdürməklə məşğuldu" - Partiya sədrindən etiraz

21 aprel, 2022 14:19

“Azərbaycanda illərdir insanların ən çox narazı qaldığı qurumlardan biri Dövlət Gömrük Komitəsidir. Gömrükdən məhsul keçirmək istəyənlərdən alınan böyük məbləğdə vergi, inhisarçılıq və müxtəlif malların monopoliyasının həyata keçirilməsi insanların canını boğazına yığıb desək, yəqin ki, yanılmarıq”. 

Bu sözləri Demokrat.az-a açıqlamasında Ağ Partiya sədri Tural Abbaslı deyib. 

O bildirib ki, bu gün xalqı narazı salan qurumların ən önündə Dövlət Gömrük Komitəsi gəlir: 

“Gömrük Komitəsi əsasən orta və kiçik bizneslə məşğul olan sahibkarları “soymaqla”, onların fəaliyyətini çökdürməklə məşğuldur. Bu gün insanları narazı salan ən vacib məsələ öz şəxsi istifadələri üçün ölkəyə gətirdikləri mallara tətbiq olunan limitin 1000 dollardan 300 dollara salınmasıdır. Yüksək gömrük qiymətlərinin mövcudluğu, rüsumların hesablanmasında primitiv bazar üsulunun tətbiqi, Komitənin yazılmayan qanunlarla idarə olunması sahibkarları və sadə insanların canını boğazına yığıb. Biz partiya olaraq Dövlət Gömrük Komitəsinin fəaliyyətini kifayət qədər tənqid etmişik və bunu da davam etdiririk. Həm sadə vətəndaşların, həm iş adamlarının, həm də xarici vətəndaşların gömrükdən hər hansı bir mal gətirərkən yaşadığı problemlər hər kəsə məlumdur. Hətta, bir çox hallarda gömrük qayda-qanunlarında söz və ifadələr elə formada istifadə olunub ki, insanlar gömrük işçilərinin subyektiv təhlillərindən asılı olur. Malın gömrük rüsumunun müəyyən olunması ilə bağlı da bizə də kifayət qədər şikayətlər daxil olur”. 

Partiya sədri əlavə edib ki, ümumiyyətlə gömrükdəki problemləri saymaqla bitməz:

“Bütün gömrük rüsumları konkretləşdirilməmiş formadadır. Bu gün Dövlət Gömrük Komitəsi istər avtomobil, istərsə Azərbaycana gətirilən tikinti materialları, yaxud da digər qida və dərman məmulatları ilə bağlı qaydaları düzgün tənzimləməyib. Yəni, prosedur qaydaları elə formada hazırlanıb ki, bunlar da Gömrük Komitəsinin işçilərinin əlini-qolunu açır və onların imkanlarını genişləndirir. Bunların bu qədər cəsarəti, qüdrəti, saymamazlığı kimlərdən aldığı isə məlum deyil. Hardandı bu gücün  mənbəyi? Bilinmir. Bunlar nə etmək istəyirlər? Təbii ki, bütün bunlar da sonda onların qanunsuz yığımlar etmələri üçün şərait yaradır”. 

Tural Abbaslının sözlərinə görə, Dövlət Gömrük Komitəsinin yüksək vəzifəli məmurlarının hamısı kifayət qədər kapitala malikdirlər və milyonları var: 

“Təbii ki, bu dediklərim heç də sirr deyil. Dəfələrlə bununla bağlı mediada da kifayət qədər materiallar yayılıb. Ümumiyyətlə, hesab edirəm ki, bu sahənin fəaliyyətini tənzimləmək lazımdır. Azərbaycanda istehsal olunmayan məhsulların gömrük rüsumları minimuma endirilməlidir. Təklif edirəm ki, xaricdə alınan və vətəndaşların şəxsi istifadəsi üçün qoyulan 300 dollarlıq limit yenidən 1000 dollara qaldırılsın. Çünki Azərbaycanda heç bir məhsul istehsal olunmadığı halda, bu qədər yüksək rüsumun qoyulması məntiqsizdir”. 

“Bu, vətəndaşların cibinin hesabına, vətəndaşların qazancı hesabına dövlət büdcəsini doldurmaq cəhdidir. Təbii ki, bu şişirdilmiş gömrük xidmətləri monopoliyanın qalmasına və yaranmasına xidmət edir. Yəni, siyasi-iqtisadi güc sahibi olan insanların gömrükdən rahat keçməsi, digər orta və kiçik biznes sahibkarlarının gömrükdə ilişib qalması və yüksək rüsum ödəməsi sayəsində monopoliya daha da inkişaf edir. Nəticədə böyük şirkətlər, iş adamları sərfəli qiymətə bazara məhsul gətirib çıxarır, amma orta kiçik biznes sahibkarları onu gətirə bilmir. Düşünürəm ki, bu sahədə sürətli və effektiv islahatlar aparılmalıdır. Və ümumiyyətlə, bu məhsulların rüsumların müəyyən olunması avtomatlaşdırılmalı və insan amilinə buraxılmamalıdır. Əks təqdirdə, bu, Azərbaycanda rifahın, inkişafın yaxşılaşmasına ümumi anlamda ziyan olacaq,”- deyə Ağ Partiya sədri qeyd edib.

Sözügedən ittihamlarla bağlı Dövlət Gömrük Komitəsinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsinin rəisi Natiq Axundov ilə əlaqə saxlamağa çalışsaq da zənglərimizə cavab vermədi. 

23 oktyabr

18:42 - Maya dəyəri 5,7 manat olan mal əti 17 manata satılıb - Azərbaycanda heç kəs bazara nəzarət edə bilmir18:40 - Vuçiç məğlub oldu - Serbiyada ələbələr qalib gəldi18:38 - DİN və Baş Prokurorluq kafedəki qətllə bağlı məlumat yaydı

22 oktyabr

15:50 - Banklar kimlərə və niyə kredit vermir? - "Qara siyahı" ilə bağlı bilinməyənlər - ARAŞDIRMA15:47 - Ermənistan yeni Konstitusiya üçün növbədənkənar seçkiyə gedir15:45 - Paşinyan Azərbaycanla sülh sazişi üçün - Yeni tarix açıqladı15:31 - Şəhidin maaşı hələ də ailəsinə verilir - VİDEOMATERİAL

15 oktyabr

11:04 - Paşinyana sülh sazişini imzalamaq üçün vaxt verilib? 11:00 - Bakıdakı toplantının əhəmiyyəti nədir? 10:51 - Azərbaycanda bankların mənfəəti açıqlanıb

14 oktyabr

17:23 - Veysəloğlu Şirkətlər Qrupunun əməkdaşlarımızın övladları Prezident təqaüdünə layiq görülüblər

08 oktyabr

17:19 - Veysəloğlu MMC-nin Mərkəzi Sınaq Laboratoriyasının akkreditasiya sahəsi genişləndirilib - FOTOLAR

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"