Türkiyə İraqa nota verdi - SƏBƏBLƏR

22 aprel, 2022 00:16

İraqın Ankaradakı müvəqqəti işlər vəkili Türkiyə Xarici İşlər Nazirliyinə çağırılıb.

Bu barədə XİN-in bəyanatında deyilir.

Qeyd olunub ki, İraq diplomatına Türkiyə tərəfinin notası təqdim edilib.

Notada İraq rəsmilərinin Türkiyə Silahlı Qüvvələrinin bu ölkənin şimalındakı antiterror əməliyyaytlarına dair etdiyi qərəzli açıqlamalarına və əsassız iddialarına etiraz bildirilib.