Müharibənin ikinci mərhələsi... - Rusiya hədəflərini açıqladı

22 aprel, 2022 15:17

Rusiya Ordusu xüsusi əməliyyatın ikinci mərhələsində Donbas regionu üzərində nəzarəti tam ələ keçirməlidir.

TASS xəbər verir ki, bu barədə Rusiya Mərkəz Hərbi Dairəsinin komandan müavini, general-mayor Rüstəm Minnekayev açıqlama verib.

“Xüsusi əməliyyatın təxminən 2 gün əvvəl başlayan fazasında Rusiya Ordusunun əsas hədəflərindən biri Donbas və Cənubi Ukrayna üzərində tam nəzarətin əldə olunmasıdır”, - o qeyd edib.

Minnekayev Rusiyanın Donbas üzərindən Krımla quru əlaqəsi yaratmaq istədiyini, Ukraynanın cənubunu nəzarətə almaqla, Dnestryanıya çıxış əldə edəcəklərini qeyd edib.

"Ukraynanın cənubuna nəzarət Dnestryanıya gedən başqa bir yoldur, burada da rusdilli əhalinin sıxışdırıldığına dair sübutlar var”, o deyib.