Türkiyə Suriyaya uçan Rusiya təyyarələrinə hava məkanını bağladı

24 aprel, 2022 00:39

Türkiyə hava məkanını Rusiyadan Suriyaya əsgər daşıyan bütün mülki və hərbi təyyarələr üçün bağlayıb.

Türkiyə mediası xəbər verir ki, bunu xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.O bildirib ki, belə bir qərar Moskva ilə məsələhətləşərək qəbul edilib. 

"Rusiyanın hərbi təyyarələrinə, hətta Suriyaya gedən və əsgər daşıyan mülki təyyarələrə də hava məkanını bağladıq. 3 aydır icazə verirdik. Aprelə qədər icazələri var idi. Prezidentimiz də Putinə dedi. Sonra uçuşlar dayandı", - deyə Çavuşoğlu bildirib.