İrandan Talibana çağırış - Daha bir gərginlik

24 aprel, 2022 00:46

Taliban bütün əfqanların, o cümlədən ölkədəki şiələrin həyatını qorumaq üçün tədbirlər görməlidir. Taliban liderləri cinayətkarların müəyyən edilərək cəzalandırılmasında cavabdehdirlər.

Bu sözləri İran Prezidenti İbrahim Rəisi deyib.

O, hücumların bölgəyə yayılma ehtimalı barədə xəbərdarlıq edib.

Qeyd edək ki, İran sərhədçiləri ilə Taliban qüvvələri arasında gərginlik yaranıb.