“Bəs digər türkdilli ölkələr kimdən çəkinir, niyə açıq dəstək görmürük?” - Deputatlar danışır

02 oktyabr, 2020 13:30

Sentyabrın 27-si səhər saatlarından cəbhə xəttində başlayan şiddətli döyüşlər nəticəsində Ordumuz işğal altındakı bəzi kəndləri düşməndən azad edib.
Döyüşlərin davam etdiyi bir vaxtda ordumuzun uğurları, cəbhədən gələn xoş xəbərlər bütün xalqın sevincinə səbəb olub. Buna baxmayaraq, Azərbaycanın gücünü görən bəzi beynəlxalq təşkilatlar artıq narahat olmağa başlayıb.


Milli Məclisin deputatı Fatma Yıldırım deyib ki, torpaqlarımızın azadlığı uğrunda mübarizə ümummilli məsələdir və bu yolda hər kəs belə bir tarixi anlarda eyni mövqedən çıxış etməlidir:
“İndi hər bir Azərbaycan vətəndaşının ürəyi Qarabağla, ordumuzla döyünür, hər saat, hər dəqiqə cəbhədən qələbə xəbərləri gözləyirik. Bu müqəddəs mübarizədə Tanrı əsgərlərimizi qorusun.

30 ildir ki, Azərbaycan torpaqları işğal altındadır. Bu müddət ərzində Azərbaycan sülh danışıqlarına sadiq qalsa da, işğalçı Ermənistan öz təxribatları ilə danışıqları pozur, mövcud status-kvonu qorumağa çalışır. Təəssüf ki, münaqişənin nizamlanması prosesində vasitəçilik edən ATƏT-in Minsk qrupunun həmsədrləri və digər beynəlxalq təşkilatlar ədalətli həll, Azərbaycan torpaqlarının işğaldan azad edilməsi üçün ciddi səy göstərməyiblər. Əksinə, işğalçı Ermənistanın işğal olunmuş ərazilərimizdə beynəlxalq cinayətlərinə göz yumurlar”.
Fatma Yıldırım hesab edir ki, işğalçı Ermənistanın növbəti təxribatlara əl atması məhz beynəlxalq ictimaiyyətin indiyə qədər göz yummasının nəticəsidir:
“Azərbaycanın səbrini daşırdı və indi ordumuz düşməni torpaqlarımızdan qovmaq üçün əks-hücum əməliyyatı keçirir. Bu müqəddəs mübarizədə bizi dəstəkləyən ölkələrə, qardaş türk xalqının ilk gündən etibarən bizə haqq davamızda göstərdiyi böyük mənəvi dəstəyə görə, xüsusilə də Prezident Rəcəb Tayyib Ərdoğana minnətdarıq. Bir məqamı demək istəyirəm ki, hazırda İsrail, Pakistan, Əfqanıstan, Ukrayna, İtaliya kimi ölkələr Azərbaycanı dəstəklədiyi halda, eyni soydan gəldiyimiz, bizimlə eyni dili, dini, ənənələri daşıyan türkdilli dövlətlərdən ciddi dəstək görə bilmirik. Axı biz müxtəlif beynəlxalq platformalarda sıx əməkdaşlıq edirik, Azərbaycan hər zaman bu ölkələrə öz dəstəyini göstərir. Türk Şurası, TÜRKPA kimi platformalarda fəal əməkdaşlıq edirik. Amma prinsipal məsələ olan Azərbaycanın torpaqlarının erməni işğalından azad olunması məsələsində Türkiyə istisna olmaqla, digər türkdilli ölkələrdən açıq dəstək görmürük. Onlar nədən, kimdən çəkinirlər? Bizim onlardan istədiyimiz sadəcə mənəvi dəstək göstərmək və işğalçını öz adı ilə çağırmaqdır. Türk xalqları olaraq qanımız, canımız, dilimiz, dinimiz eynidir. Ona görə də, bu dəstəyi onlardan gözləyirik. Cənab Prezidentin də qeyd etdiyi kimi, bu günlər bizim dostumuzu, düşmənimizi tanıdığımız günlərdir. Bizə çətin günlərdə dəstək göstərənləri və eyni zamanda səssiz qalanları da unutma­yacağıq”.
Deputat Tərtər, Goranboy, Ağdam və digər cəbhəyani ərazilərin əhalisi hələ də düşmən hədəfinə tuş gəlməsinə təəssüfləndiyini vurğulayıb:
“Hətta erməni azğınlığı o həddə çatıb ki, onlar təmas xəttindən uzaq əraziləri də hədəfə alırlar. İki gün öncə Bərdə rayonunun Xan ərəb kəndində də mülki əhalini atəşə tutublar.
Hər zaman olduğu kimi, ermənilər yenə də özlərinin faşist üzünü göstərməkdə davam edirlər. Onlar mülki obyektləri, dinc insanları hədəfə alırlar və erməni vəhşiliyi nəticəsində xeyli sayda mülki vətəndaşımızı itirmişik. Naftalanda iki məktəbli ermənilər tərəfindən açılan atəşin qurbanı olub. Bu hadisə beynəlxalq qanunlara zidd olmaqla yanaşı, bütün insanlığa qarşı cinayətdir.
Ermənilərin törətdiyi qətliamlara baxmayaraq, bizim əsgərlərimiz dinc erməni əhalisinə atəş açmır. Baxmayaraq ki, ermənilər vaxtilə Xocalıda günahsız əhalini, qadın, uşaq ahıl demədən görünməmiş vəhşiliklə qətl etmişdilər. Bizim ermənilərlə fərqimiz də bundadır.
Erməni vəhşiliyinin digər bir nümunəsi isə Tərtərdə məcburi köçkünlər üçün tikilmiş yaşayış binasının atəşə tutulmasıdır. Axı həmin insanlar bir dəfə öz dədə-baba torpaqlarında evlərini itirərək, didərgin düşmüşdülər. İndi yenə 30 il sonra erməni terrorçuları onların məskunlaşdığı yeni inşa olunan yaşayış komplekslərini hədəfə alırlar. Bu çox böyük insanlıq faciəsidir və qəbul olunmazdır.
Əlbəttə ki, indiki mərhələdə milli və vətəndaş həmrəyliyimiz çox önəmlidir və bu gün bütün xalqımız həyəcan içində qələbə xəbərlərini, Qarabağın işğaldan azad olunmasını gözləyir. Əminəm ki, Ali Baş Komandanın rəhbərliyi ilə qüdrətli ordumuz böyük qələbəyə hər günü bizi biraz da yaxınlaşdırır. Zəfər bizimlədir. Qarabağ Azərbaycandır”.


Deputat Elşad Mirbəşir bildirib ki, Azərbaycan ordusunun gücü düşməninkinə nəzərən çox üstündür:
“Ordumuz işğaldan azad  etdiyi torpaqlarda möhkəmdirlər və daha da möhkəmlənəcəklər. Onlar daim irəli gedərək, digər ərazilərimizi də azad etmək üçün əzmlə döyüşürlər. Aydındır ki, Azərbaycan ordusunun həm müdafiə, həm də döyüş qabiliyyəti düşməndən qat-qat üstündür. Təəssüf ki, təcavüzkar Ermənistan kənardan kifayət qədər dəstək alır. Buna baxmayaraq, onlar ordumuzun qarşısında geri çəkilir. Ermənistanın təxribatlarına bizim əks-hücumla cavab reaksiyamız bir daha göstərdi ki, Azərbaycan dövləti, xalqı, ordusu ilə müharibəyə tam hazırdır”.
E.Mirbəşir onu da vurğulayıb ki, erməni təxribatları xalqımızı sarsıtmır:
“Mən intensiv olaraq Göygöl, Daşkəsən rayonları ilə əlaqədəyəm. Cəmiyyətimizdə artıq qələbə əzmi, qalib xalq əhval-ruhiyyəsi formalaşıb. Bu da bizim qələbəyə olan inancımızı, torpaqlarımızı azad etmək hədəfimizin reallığını əhəmiyyətli dərəcədə gücləndirir. Cəbhə xəttinə yaxın yerlərdə yaşayan vətəndaşlarımız qorxmur, əksinə üzlərindən sevinc hissi oxunur. Evlərə düşən mərmilər, eşidilən güllə səsləri onları qorxutmur. Bütün bunlar xalqımızı, ordumuza daha da çox dəstək verməyə sövq edir. Hamı qələbə xəbərini gözləyir və heç kim qələbə qazanacağımız haqqında zərrə qədər şübhə duymur”.


Düşmənin intensiv atəşə tutduğu Ağdam rayonundan deputat seçilən Aqil Abbas da cəbhə kəndlərində yaşayan əhalinin əhval-ruhiyyəsinin çox yüksək olduğunu söyləyib:

“Çünki ordumuzun irəliləmə xəbərinə hamı çox sevinir, ordumuz ilə qürur duyuruq. Nə qədər düşmənin təxribatları olsa da, cəbhə boyu ərazilərdə yaşayan insanlar gündəlik həyatı ilə, əkin-biçinlə məşğuldur. Bir neçə kəndə bomba düşüb, mülklərə ziyan dəyib, amma əhali arasında öncədən görülən tədbirlər nəticəsində ziyan böyük deyil. Çox istərdim ki, cəbhədə döyüşlər ilə yaxından əlaqədar olum, lakin bizə verilən əmr ilə bütün deputatlar öz iş yerlərində xidmət edir. Komendant saatıdır, hərbi vəziyyətdir, riayət etməyə məcburuq. Amma mütəmadi əlaqə saxlayıb, məlumat alıram. Aldığım xəbərlərə görə ermənilər öz döyüş texnikasını qoyub qaçırlar”.

modern.az

06 aprel

12:38 - Tehran bütün ölkələrə müraciət etdi12:34 - "Bu təhlükəli və psixi problemli adam..." - Məşhur senator Trampa qarşı12:31 - Prezidentin rəsmi qarşılanma mərasimi oldu - FOTOLAR

01 aprel

12:18 - ran raketləri türk siyasətçinin adı ilə bəzədildi12:15 - BƏƏ Hörmüzə görə İranla müharibəyə hazırlaşır - "The Wall Street Journal"12:12 - "Onlar Hörmüzdən keçə bilməz" - Pezeşkian12:10 - Bu qurumların istintaq orqanları birləşir - Nə yenilik olacaq?

24 mart

15:53 - "Bəzi ölkələrdə iqtisadi çöküş qaçılmaz olacaq" - Hörmüz boğazı bağlı qalarsa...15:51 - "Euronews" Qlobal Bakı Forumu ilə bağlı reportaj yayımladı15:49 - Pezeşkianın fərmanı ilə yeni təyinat - Laricaninin yerinə o gətirildi

21 mart

20:22 - Ya Donbasdan geri çəkil, ya da yardım kəsiləcək!20:19 - İran müharibənin bitməsi üçün şərtlərini açıqladı

18 mart

13:09 - Vaşinqtonda istefalar başladı: Antiterror Mərkəzinin direktorundan Trampa ittihamlar - "İsraillilərin bizi minlərlə amerikalının həyatına başa gələn fəlakətli..."13:02 - DTX-nın ifşa etdiyi şəxsin arxasında xaricdəki qüvvələr dayanır - Komitə sədri12:59 - "İran atəşkəsə razı deyil, amma..." - Əraqçi sülh şərtlərini açıqladı

05 mart

19:31 - İlham Əliyev İrandan tələb edir - "İran Azərbaycana izahat verməlidir, üzr istəməlidir"19:25 - Yaxın Şərqdəki müharibəni kim dayandıra bilər? 19:23 - PUA-ların sayı 4 imiş: "İran dərs vaxtı məktəbi hədəf alıb" - Müdafiə Nazirliyi19:22 - "Silahlı Qüvvələrimiz bir nömrəli səfərbərlik vəziyyətinə gətirilib" - İlham Əliyev

16 fevral

12:33 - Postsovet ölkəsinə xəbərdarlıq olundu - Ukraynanın aqibəti ilə üzləşəcəksiniz12:29 - "Müharibə olsa, İrana köməyə hazırıq..." - Taliban sözçüsü12:27 - "Müharibə bu il bitməyəcək" - Amerikalı general ABŞ-ı ittiham etdi

11 fevral

11:30 - "Rusiya ilə bizi qarşıdurmaya sürükləyə bilməzlər" - Paşinyan11:27 - "Bakı və İrəvan arasında sülh anlaşması pozularsa..." - Pol Qobl11:22 - "Azərbaycan Ermənistan mallarının öz dəmir yolu ilə ixracı imkanını təsdiqləyib" - Paşinyan

09 fevral

15:13 - Peskov Ankoriç ruhunun sirrini açdı - Ukrayna müharibəsində böyük sıçrayışın 28 gizli bəndi15:11 - Şagirdlər "İdrak" liseyini tərk edir15:08 - Dələduzluğa görə həbs edilən dəstə başçısı - Ev dustaqlığına buraxıldı

02 fevral

14:25 - FED-də dəyişiklik bazarları silkələdi - Qızıl və gümüş "çökdü", neft ucuzlaşdı14:23 - "Xalq" qəzetində keçirilən görüşdə Veysəloğlu Şirkətlər Qrupu tərəfindən qocaman jurnalistə dəstək ifadə edilib - FOTOLAR