Rusiya Almaniyanın 40 diplomatını ölkədən çıxarır

25 aprel, 2022 18:12

Almaniyanın Moskvadakı səfiri Qeza Andreas fon Qayr Rusiya XİN-ə çağırılıb.

“RİA Novosti” xəbər verir ki, bu barədə məlumatı Rusiya XİN yayıb.

Nazirlikdə alman səfirə Almaniya tərəfindən aprelin 4-də Rusiya diplomatik qurumlarının 40 əməkdaşının “arzuolunmaz şəxs” elan olunması ilə bağlı narazılıq ifadə olunub.

Həmçinin səfirə Almaniyanın Rusiyadakı diplomatik qurumlarının 40 əməkdaşının “arzuolunmaz şəxs” elan olunması barədə nota təqdim olunub.