Ermənilər Naxçıvanın Kərki kəndində aksiya keçirdi: "Türklərə verməyəcəyik!" - FOTOLAR

26 aprel, 2022 19:42

“Tiqranaşen erməni torpağıdır və biz onu türklərə verməyəcəyik”.

Bunu Naxçıvan Muxtar Respublikasının işğal edilmiş Kərki kəndində aksiya keçirən  “Daşnaksütyun” fəalları bəyan edib.

“Biz Ermənistanın dörd simvolik yerindən yürüş keçirmək üçün ümummilli mitinqin çağırışına cavab olaraq yürüşə öz yerimizdən - Ararat bölgəsinin Tiqranaşen icmasından başlayırıq. Biz bunu simvolik hesab edirik. Biz gəldik deməyə ki, bura erməni torpağıdır və biz onu türklərə verməyəcəyik”, - bunu “Daşnaksütyun”  Ararat regional komitəsinin nümayəndəsi Gerasim Vardanyan bildirib.

Kərkidəki erməni aksiyaçıların əllərində Ermənistan bayrağıyla yanaşı, Xankəndindəki separatçı-terrorçu rejimin əski parçası da olub.