Rusiya ilə Norveç arasında diplomatik qalmaqal
27 aprel, 2022 17:41
Rusiyanın Norveçdəki səfirliyinin bəzi əməkdaşları "persona non-qrata" elan edilib.
Buna etiraz olaraq Norveçin Moskvadakı səfir Rune Resaland Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb.
Diplomata etiraz notası təqdim olunub və bildirilib ki, Norveçin Moskvadakı səfirliyində çalışan 3 nəfər “arzuolunmaz şəxs” elan edilib. Adları mətbuata açıqlanmayan diplomatların Rusiyanı tərk etməsi tələb olunub.