Ərdoğanla Putin telefonla danışdılar - Nələr müzakirə olundu?

28 aprel, 2022 15:34

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan rusiyalı həmkarı Vladimir Putinlə danışıb.

“TRT Haber” xəbər verir ki,bu barədə Türkiyə liderinin mətbuat xidmətindən bildirilib.

Məlumata görə, tərəflər Ukraynadakı durumu müzakirə ediblər. Ərdoğan vasitəçiliyə hazır olduğunu xatırladıb və Rusiyanın dövlət başçısını soyuqqanlı qərarlar verməyə çağırıb.

O bildirib ki, qonşular arasındakı böhranın daimi atəşkəs və sülhlə nəticələnməsi üçün təşəbbüsləri davam etdirəcək.