"Biz nüvə silahı ilə oynamırıq, bunu rusların diqqətinə çatdırdıq" - ABŞ səfiri
29 aprel, 2022 04:03
"Rusiya xarici işlər naziri Sergey Lavrovun nüvə müharibəsi təhlükəsi ilə bağlı dedikləri nüvə şantajıdır".
Bunu ABŞ-ın Rusiyadakı səfiri Con Sallivan deyib.
“Biz nüvə silahı ilə oynamırıq. Bunu rusların diqqətinə çatdırdıq. Biz onların ritorikasını eşitmişik, Sovet İttifaqı dövründə olduğu kimi, ABŞ-a qarşı nüvə təcavüzünün qarşısını almağa hazırıq”, - səfir söyləyib.
Qeyd edək ki, daha öncə Lavrov nüvə müharibəsi riskinin real olduğunu bildirmişdi.