Qarabağdakı separatçı rejim "Dnestryanı" separatçılarıyla növbəti əlaqə qurdu

29 aprel, 2022 08:55

Putin Dnestryanı rejimindən Ukraynaya qarşı müharibədə istifadə etməyə hazırlaşır...

Aprelin 28-də Azərbaycan Respublikasının Qarabağ torpaqlarında müvəqqəti(!) yerləşmiş Rusiya "sülhməramlı" hərbi kontingentinin himayəsində bəslənən separatçı-terrorçu rejimin qondarma "xarici işlər naziri" David Babayan Moldova Respublikası ərazisində Moskvanın dəstəyi ilə qondarılmış Dnestryanı "Moldova respublikası"nın("DMR")  qanunsuz "xarici işlər naziri" Vitali İqnatiyevlə video-rabitə rejimində danışıqlar aparıb.

Bu haqda  Ermənistanın NEWS.am saytı  məlumat yayıb. 

Babayan bir gün əvvəl "DMR"-nin bir sıra "dövlət"strukturlarına qarşı törədilmiş "terror aktları"nı pisləyib və "Artsax" "hakimiyyəti" və "xalqı" adından  Dnestryanı "xalqı" ilə həmrəyliyini bildirib.

Danışıqlar zamanı "regional və qlobal geosiyasi proseslərlə bağlı məsələlər, eləcə də iki "ölkə"nin "xarici işlər nazirlikləri" arasında əlaqələr müzakirə edilib.

Xatırladaq ki, aprelin 27-də Dnestryanıdakı rus qoşunlarının partlayış və mərmilərlə bağlı insidentlərdən sonra döyüş hazırlığı vəziyyətinə gətirildiyi bildirilmişdi. Rəsmi Kiyev hesab edir ki, Moskva bu cür təxribatlarla həmin regiondan Ukraynaya qarşı müharibədə istifadə etmək istəyir.

Aprelin  28-də  Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin yaydığı məlumata görə, Moldovanın Dnestryanı bölgəsində hərbi təlimlər başlayıb. Bildirilib ki, yaşı 55-ə qədər olan kişilərə bu barədə məktub göndərilib. Çağırışçılara hər birinə 2800 rubl vəd verilib. Kəşfiyyat məlumatında çağırışın məcburi xarakter daşıdığı vurğulanıb...

Bu arada aprelin 28-də İsrail və Almaniyanın Xarici İşlər Nazirlikləri öz vətəndaşlarına Dnestryanı ərazini "mümkün qədər tez" tərk etməyi və hələlik oraya səyahət etməkdən çəkinməyi tövsiyə edib.

23 oktyabr

18:42 - Maya dəyəri 5,7 manat olan mal əti 17 manata satılıb - Azərbaycanda heç kəs bazara nəzarət edə bilmir18:40 - Vuçiç məğlub oldu - Serbiyada ələbələr qalib gəldi18:38 - DİN və Baş Prokurorluq kafedəki qətllə bağlı məlumat yaydı

22 oktyabr

15:50 - Banklar kimlərə və niyə kredit vermir? - "Qara siyahı" ilə bağlı bilinməyənlər - ARAŞDIRMA15:47 - Ermənistan yeni Konstitusiya üçün növbədənkənar seçkiyə gedir15:45 - Paşinyan Azərbaycanla sülh sazişi üçün - Yeni tarix açıqladı15:31 - Şəhidin maaşı hələ də ailəsinə verilir - VİDEOMATERİAL

15 oktyabr

11:04 - Paşinyana sülh sazişini imzalamaq üçün vaxt verilib? 11:00 - Bakıdakı toplantının əhəmiyyəti nədir? 10:51 - Azərbaycanda bankların mənfəəti açıqlanıb

14 oktyabr

17:23 - Veysəloğlu Şirkətlər Qrupunun əməkdaşlarımızın övladları Prezident təqaüdünə layiq görülüblər

08 oktyabr

17:19 - Veysəloğlu MMC-nin Mərkəzi Sınaq Laboratoriyasının akkreditasiya sahəsi genişləndirilib - FOTOLAR

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"