Türkiyə-Ermənistan sərhədi yenidən müəyyən ediləcək

01 may, 2022 20:18

“Türkiyə və Ermənistan xüsusi nümayəndələrinin iclasında qarşıdakı müddətdə atılacaq addımlar müzakirə ediləcək”.

Bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.

“Sərhədin yenidən müəyyənləşdirilməsi ilə bağlı razılaşma vardı. Bu, necə ediləcək? Məsələn, birgə komissiya yaradılacaq? Azərbaycanla birgə komissiya qurma qərarı qəbul ediblər”, - xarici siyasət idarəsinin rəhbəri bildirib.