Dondar Quşçu atəşə tutuldu

14 iyul, 2020 12:24

“Ermənistan silahlı qüvvələrinin bölmələri Tovuz rayonunun Dondar Quşçu kəndini iriçaplı silahlardan və artilleriya qurğularından atəşə tutub”.

Azsiyasət.com qafqazinfo-ya istinadən xəbər verir ki, bunu Müdafiə Naziliyinin Mətbuat Xidmətinin rəisi polkovnik Vaqif Dərgahlı bildirib. O deyib ki, kənd sakinlərinə heç bir ziyan dəyməyib.