Hikmət Hacıyev Armen Qriqoryanla görüşdü - FOTO
02 may, 2022 22:00
Brüsseldə Prezidentin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev və Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın görüş olub.
Bu barədə Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Tovio Klaar tviter hesabında paylaşım edib.
“Hikmət Hacıyev ve Armen Qriqoryanı bu formatta ikinci bir görüş üçün Brüsseldə qarşılamaqdan məmnunam”, - o bildirib.