Almaniya hansı şərtlə Rusiya qarşı sanksiyalarını ləğv edə bilər?

03 may, 2022 00:27

Kiyev və Moskva arasında razılaşma olmadan Rusiyaya qarşı tətbiq edilən sanksiyalar ləğv edilə bilməz.

Bunu Almaniya kansleri Olaf Şolts bildirib.

O, qeyd edib ki,  Almaniyanın əsas məqsədi Rusiya qoşunlarının Ukrayna ərazisindən çıxarılmasını asanlaşdırmaqdır.

“Rusiyanın Ukrayna ilə razılığı olmadan biz sanksiyaları ləğv etməyəcəyik. Rusiya Prezidenti Vladimir Putin Ukrayna ilə razılığa gəlməlidir”, - deyə kansler ZDF telekanalının efirində bildirib.