ABŞ-İran danışıqlarında irəliləyiş...

04 may, 2022 11:32

Vaşinqton administrasiyası hesab edir ki, İranın Nüvə Proqramı üzrə Birgə Hərtərəfli Fəaliyyət Planının (JCPOA) yenidən həyata keçirilməsi üzrə danışıqlarda irəliləyiş əldə olunub, lakin hələ görüləsi xeyli iş var.

Bu barədə ABŞ-ın BMT-dəki səfiri Linda Tomas-Qrinfild ölkəsinin qurumun Təhlükəsizlik Şurasında may ayı ərzində dava edəcək sədrliyi ilə bağlı keçirdiyi brifinqdə bildirib.

"Biz bəzi əhəmiyyətli irəliləyişlər əldə etmişik və sazişə qayıtmaq üçün zəruri hesab etdiyimiz xeyli sayda məsələləri həll edirik", - nümayəndə qeyd edib.

Bununla belə, diplomat hələ də həll olunmamış məsələlərin qaldığını qeyd edib.