"NATO-nin nəqliyyat vasitələri məhv ediləcək" - Şoyqudan sərt açıqlama
04 may, 2022 14:13
“Ukrayna qoşunları üçün silah-sursat gətirən NATO-nin nəqliyyat vasitələri məhv ediləcək”.
Bunu Rusiyanın müdafiə naziri, ordu generalı Sergey Şoyqu bildirib.
Şoyqu qeyd edib ki, ABŞ və onun NATO müttəfiqləri Ukraynanı silahla təchiz etməkdə davam edirlər:
"Şimali Atlantika Alyansının Ukrayna Silahlı Qüvvələrinin ehtiyacları üçün ölkə ərazisinə silah və ya materiallar gələn istənilən nəqliyyat vasitəsini məhv etməyimiz üçün qanuni hədəf hesab olunur”.