Ermənistanda seçkiyə hazırlıq başladı - Paşinyan gedəcəkmi?

04 may, 2022 20:23

Ermənistanda bir sıra yeni və köhnə siyasi qüvvələr növbədənkənar parlament seçkilərinə ciddi hazırlaşmağa başlayıblar.

Bu barədə “İravunk” qəzeti yazıb.

Erməni nəşri öz mənbələrinə istinadla qeyd edib:

“Siyasi pərdə arxasında əmindirlər ki, Baş nazir Nikol Paşinyan hakimiyyətdən gedəcək. Həmçinin ümid edirlər  ki, keçid hökumətinin iqtidarı da uzun sürməyəcək. Bu məntiqlə növbədənkənar seçkilərin keçirilməsi labüddür".