Rusiya neftindən imtina - OPEK boşluğu doldura biləcəkmi?
04 may, 2022 20:31
"Hesab edir ki, digər neft istehsalçıları bazarda Rusiyadan gələn tədarükləri əvəz edə bilməyəcək".
Bunu OPEK-in Baş katibi Məhəmməd Barkindo deyib.
“Aydındır ki, gündəlik 7 milyon barreldən çox olan Rusiya neftinin ixracını başqa mənbələr hesabına doldurmaq mümkün deyil. Sərbəst tutum sadəcə mövcud deyil”, - Barkindo bildirib.
Qeyd edək ki, Avropa Komissiyası Rusiyaya qarşı altıncı sanksiyalar paketinin bir hissəsi olaraq Rusiya neftinin AB-yə bütün idxalına mərhələli şəkildə qadağa qoyulmasını təklif edir.