"Putin bunu heç vaxt təsəvvür etməzdi" - Pentaqon

05 may, 2022 11:22

ABŞ-ın müdafiə naziri Lloyd Ostin Ukraynaya göstərilən hərbi yardımlardan danışıb.

O, bu barədə özünün tviter hesabında yazıb.

“Biz Ukraynaya rekord sürətlə təhlükəsizlik yardımı göstərmişik və bütün dünya döyüş meydanında baş verən fərqi görür. Putin heç vaxt təsəvvür etməzdi ki, dünya Ukraynanın arxasında bu qədər sürətlə və əminliklə toplanacaq” – Pentaqon rəhbəri qeyd edib.