Putin mayın 9-da Ukrayna ərazilərinin ilhaqını elan edə bilər
06 may, 2022 00:24
“Rusiya Prezidenti Vladimir Putin mayın 9-da Donetsk, Luqansk və Xerson vilayətlərinin ilhaqını elan edə bilər”.
“RBC-Ukrayna” xəbər verir ki, bunu Ukrayna daxili işlər nazirinin müşaviri Vadim Denisenko bildirib.
Onun sözlərinə görə, indi Kremldə iki qruplaşma var. Onlardan biri Putinə mayın 9-da işğal olunmuş ərazilərin ilhaqını elan etmək lazım olduğunu deyir.
“Bir qruplaşma deyir ki, Donetsk və Luqansk vilayətlərinin, hətta Xerson vilayətinin, eləcə də hazırda Zaporojyedə işğal olunmuş ərazilərin ilhaqını mayın 9-da elan etmək lazımdır. İkinci tərəf deyir ki, ilhaq olarsa, Rusiyanın gələcək danışıqlar üçün əks reaksiya şansı olmayacaq”, - Denisenko bildirib.