"Belarus Ukraynada müharibəyə qoşulmayacaq" - Lukaşenko

06 may, 2022 00:37

Belarus Rusiyanın Ukraynada keçirdiyi əməliyyatda iştirak etməyəcək.

Bunu Belarus Prezidenti Aleksandr Lukaşenko "Associated Press" agentliyinə müsahibəsində bildirib.

"Biz Rusiya Federasiyası Silahlı Qüvvələrinin Ukraynada apardığı xüsusi əməliyyatda iştirak etmək fikrində deyilik. Çünki buna ehtiyac yoxdur", - deyə Lukaşenko qeyd edib

Belarus Prezidenti bildirib ki, Rusiya hazırda Belarusun təklif edə biləcəyi hər şeyə malikdir.

"Siz başa düşməlisiniz ki, biz Rusiya Federasiyası ilə müttəfiqik, ən yaxın müttəfiqlərik. Bizim hərbi-siyasi ittifaqımız var. Biz bunu heç kimdən gizlətməmişik. Bizim əslində vahid ordumuz var", - deyə Lukaşenko vurğulayıb.