Rusiya II DM-dəki qələbəni mənsimsəyir - Azərbaycan xalqı SSRİ-ni rüsvayçı məğlubiyyətdən xilas etmişdi

06 may, 2022 10:33

Rusiyanın kütləvi informasiya vasitələrində II Dünya Müharibəsi ilə bağlı birtərəfli məlumatlar tirajlanmaqdadır. Belə ki, Kremlin təbliğat ruporlarında dərc edilən materiallarda ruslardan başqa digər xalqların, xüsusilə də türk xalqlarının II Dünya Müharibəsindəki rolu məqsədli şəkildə heçə endirilir. İndiki həssas, gərgin və tarixi situasiyada Rusiyanın qələbəni məqsədli şəkildə mənimsəməsi digər xalqların tarixi hüquqlarının əlindən alınması, onlara qarşı tarixi ədalətsizliyin nümayişi və riyakar münasibətin ifadəsi deməkdir.

Halbuki, II Dünya Müharibəsi zamanı Azərbaycan xalqının və neftinin müstəsna rolu qələbəni təmin edən əsas faktorlardandır. Dünya neft sənayesinin ən mahir bilicilərindən olan, Sovet dövlət xadimi Nikolay Baybakov yazırdı ki, 1941-1945-ci illərdə təyyarələrin və tankların motor yağı, benzinlə təmin edilməsinin dörddə üçü Azərbaycanın payına düşür. Müharibə illərində Azərbaycanın 75 milyon ton nefti istismar edilmişdi. Hitlerin “Qafqaza həlledici hücum” planının əsas strateji tezisini feldmarşallar bu şəkildə müəyyənləşdirmişdilər: “Əgər biz Bakı neftini ələ keçirməsək müharibəni uduzacağıq”.

Hitlerin imzaladığı 45 nömrəli direktev müharibənin taleyini həll etməli idi. Məşhur “Edelveys” planının hazırlanmasında da əsas məqsəd Bakının işğal edilməsini həyata keçirmək idi. Artıq Hitlerin tanklarının, texnikalarının 65%-i yanacaq olmadığına görə iflic vəziyyətində idi. Alman ordusunun yanacağa olan gündəlik tələbatı 65-70 min ton olmaqla, bir ay ərzində 2 milyon ton təşkil etməli idi.

Müharibə illərində:

- Bakıda 139 növ silah və müxtəlif təyinatlı döyüş sursatları istehsal edilib cəbhəyə göndərilirdi

- 650 mindən artıq azərbaycanlı səfərbər edilərək cəbhəyə döyüşə göndərilib və 300 min azərbaycanlı həlak oldu

- Təkcə 1941-ci ilin dekabrında Moskva uğrunda döyüşlərdə 1050 nəfər azərbaycanlı iştirak etmişdi. Dekabr ayının 8-də gedən döyüşlərdə İsrafil Məmmədov almanların hücumlarının qarşısını alınmasında misilsiz ol oynamış, 18 sürətli, 4 strateji hücum əməliyyatlarının qarşısını almış, onlarla faşist hərbçisini məhv etmişdi. Əslində İ.Məmmədov Moskvanı xilas etmişdi və bu xidmətlərinə görə cəmi 3 gün sonra ona “Sovet İttifaqı Qəhrəmanı” adı verildi. Bundan bir ay öncə isə Bakı zenit artilleriyası düşmənin 28 təyyarəsini məhv edərək Moskvanın hava blokadasını yarmışdı.

Amma bununla bitmir. Azərbaycanlılar Leninqradı da xilas etmişdilər.

- Əfsanəvi təyyarəçi Hüseynbala Əliyev Leninqradın hava hücumlarından qorunmasında misilsiz rəşadət göstərmiş 17 dəfə yaralansa da, təyyarəsini yerə endirməmiş və almanların onlarla təyyarəsini məhv etmişdi. H.Əliyev “Leninqrad tarix boyu sənə minnətdardır” şüarı ilə dəfn edilmişdi.

- General Həzi Aslanov 508 yaşayış məntəqəsini azad edərək ikinci dəfə Sovet İttifaqı Qəhrəmanı adını almışdı.

- 1943-cü ildə Ukraynanın azad edilməsinin əsas yükü də azərbaycanlıların çiyinlərində idi.

- Stalinin əmri ilə azərbaycanlılardan ibarət olan “223-cü diviziya” döyüşə Qafqazdan başlayaraq, Avstriyanın paytaxtı Vyanaya qədər gedib çıxmışdı. Bundan başqa, azərbyacanlılardan ibarət “402”, “416”, “77” və digər diviziyaların döyüşçüləri böyük rəşadət göstərmiş, orden və medallarla təltif edilmişdilər.

Minlərlə azərbaycanlı Avropanın müxtəlif ölkələrində məxfi şəkildə təşkilatlanaraq döyüşürdülər. Mehdi Hüseynzadə, Cavad Həkimli və digər əfsanəvi döyüşçülər partizan hərəkatının əsas və əvəzolunmaz simaları idilər.

Açıq mənbələrdə də göstərilir: “Yalnız Leninqrad üçün 1942-ci ilin yayına qədər Bakı müəssisələri 2 vaqon qara kürü, 40 ton meyvə qurusu, 12 vaqon tomat-püre və şirə, qara ciyər ekstraktı, hematogen, jelatin və digər qida məhsulları, habelə medikamentlər və sarğı vasitələri göndərilib”.

II Dünya Müharibəsi illərində:

- 170 mindən çox azərbaycanlı orden və medallarla təltif edilib, 123 nəfərə Sovet İttifaqı Qəhrəmanı adı verilib, 30 nəfər isə “Şöhrət” ordeninin hər üç dərəcəsinə layiq görülüb.

- 1941-1945-ci illərdə SSRİ-nin neft sənayesi 110 milyon ton neft hasil etmişdi və onun da 75 milyon tonu Azərbaycanın payına düşürdü.

“Ost” planı reallaşsa idi, yəni Bakı işğal edilsəydi, II Dünya Müharibəsinin nəticəsi də fərqli olacaqdı.

Sitat:

“Abver”in rəisi, admiral Fridrix Vilhelm Kanaris təsdiq edirdi ki, SSRİ-nin xammal ehtiyatlarını, ilk növbədə, Bakı neftini tez bir zaman ərzində tutmadan, ələ keçirmədən Qələbə mümkün deyil”.

Rusiya alimi və politoloqu A.Sevastyanov bu barədə yazır:

“Müharibədən sonrakı illərdə bayramlarda, ildönümlərində sovet rəhbərlərindən kiminsə Qələbədə Bakı neftinin rolu haqqında durub danışmağını heç xatırlamıram. Bakıya “Qəhrəman şəhər” fəxri adı verilmədi. Yada düşmədi, görmədilər, gözə dəymədi, sənəd çatmadı və sair və ilaxır... Mükafatlarla bağlı bunlar bir qayda olaraq baş verir. Axı, həqiqətin gözünə gərək düz baxasan! Azərbaycan nefti olmasaydı, müharibə uduzulacaqdı. SSRİ-nin taleyi 1941-ci və 1942-ci illərin payızında nazik simdən asılı qaldı. Bakı neftçilərinin sayəsində bu nazik sim qırılmadı. Hər beş təyyarədən, tankdan, avtomobildən dördü Bakının neft mədənlərindən çıxarılan neftlə, Bakının neft emalı zavodlarında alınan benzin və solyarka ilə doldurulurdu...”.

Siyahını çox uzatmaq olar.

Ancaq indiki məqamda Rusiya mediasının digər xalqların, eləcə də azərbaycanlıların rolunun azaldılması ilə bağlı apardığı iş təsadüf sayıla bilməz. Bütün bunlar Kremldən idarə olunur. Məqsəd Rusiya-Ukrayna müharibəsi fonunda digər xalqlardan açıq dəstək ala bilməməsidir. Rusiya düşünür ki, əgər Ukraynada qələbə qazanarsa, bu, II Dünya Müharibəsində digər xalqların rolunun olmadığının da rus cəmiyyətində asanlıqla həzm edilməsinə kömək etmiş olacaq. Təbii ki, bu məsələ də də Rusiyanın konkret “hədəfləri” var.

Samir Feyruzov 

23 oktyabr

18:42 - Maya dəyəri 5,7 manat olan mal əti 17 manata satılıb - Azərbaycanda heç kəs bazara nəzarət edə bilmir18:40 - Vuçiç məğlub oldu - Serbiyada ələbələr qalib gəldi18:38 - DİN və Baş Prokurorluq kafedəki qətllə bağlı məlumat yaydı

22 oktyabr

15:50 - Banklar kimlərə və niyə kredit vermir? - "Qara siyahı" ilə bağlı bilinməyənlər - ARAŞDIRMA15:47 - Ermənistan yeni Konstitusiya üçün növbədənkənar seçkiyə gedir15:45 - Paşinyan Azərbaycanla sülh sazişi üçün - Yeni tarix açıqladı15:31 - Şəhidin maaşı hələ də ailəsinə verilir - VİDEOMATERİAL

15 oktyabr

11:04 - Paşinyana sülh sazişini imzalamaq üçün vaxt verilib? 11:00 - Bakıdakı toplantının əhəmiyyəti nədir? 10:51 - Azərbaycanda bankların mənfəəti açıqlanıb

14 oktyabr

17:23 - Veysəloğlu Şirkətlər Qrupunun əməkdaşlarımızın övladları Prezident təqaüdünə layiq görülüblər

08 oktyabr

17:19 - Veysəloğlu MMC-nin Mərkəzi Sınaq Laboratoriyasının akkreditasiya sahəsi genişləndirilib - FOTOLAR

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"