Ermənistan müxalifətinin "B" planı - "Paşinyan dinc yolla getməsə..."

07 may, 2022 00:56

“Müxalifət liderləri və onların havadarlarının İrəvanın mərkəzində uzun müddətdir davam edən aksiyaları geniş ictimaiyyətin dəstəyini alan ümumxalq etirazlarına çevrilmədi. Müxalifət hesab edirdi ki, 2018-ci il inqilabının alətlərindən istifadə edərək, çox qısa müddətdə uğur qazanacaq. Amma tam əks proses gedir”.

Bu barədə “Haykakan Jamanak” qəzeti yazıb.

Nəşr Baş nazir Nikol Paşinyanı dinc yolla yıxa bilməyən erməni müxalifətinin qanlı B planının olduğunu istisna etməyib:

“Müxalifətin uğur qazanmamasının və nailiyyət əldə etməyəcəyinin bir çox səbəbi var ki, bu da həm təşkilatçılara, həm də Ermənistan vətəndaşlarına məlumdur. Bu uğursuzluq da müxalifəti yavaş-yavaş B planına və ya onun müqəddiməsinə keçməyə sövq edir. Müxalifətin dəfələrlə bəyan etdiyi bu planın nə olduğu hər kəsə bəllidir.

Müxalifətin bununla nə demək istədiyi getdikcə aydınlaşır. Dinc aksiyalarla heç nəyə nail olmayacaqlarını anlayan müxalifətçilər artıq bir neçə gündür ki, zorakılığa başlayıblar. Küçədə onlara qoşulmayan sürücülərlə, avtomobillərə, insanlar hücum edirlər. Oliqarx müxalifət liderlərinin cangüdənləri və onlara xidmət edən “məhəllə dəstələri”nin küçələrdə yaratdığı toqquşmalar və davalar buna sübutdur. Həmin şəbəkənin üzvləri küçələrlə yanaşı, sosial şəbəkələrdə də onlara qoşulmayanları ailələri ilə hədələyirlər”.

Qəzet müxalifət liderinin hakimiyyəti qan tökməklə hədələdiklərini də qeyd edib:

“Son vaxtlar müxalifət tərəfdarlarının “bu hakimiyyət qansız getməyəcək” hədələri tez-tez nəzərə çarpır. Ermənistan Milli Təhlükəsizlik Xidmətinin bir neçə gün əvvəl verdiyi açıqlamanı da xatırlamaq lazımdır. Həmin açıqlamaya görə, etirazçılar hökumət üzvləri orada olarkən, parlamentin binasına hücum etməyi planlaşdırıblar. Bir neçə gün əvvəl Sisyan keçid məntəqəsində həbs edilmiş vətəndaşlardan biri də parlament binasına hücum etməyə cəhd göstərib. Onun qanunsuz yolla Ermənistana silah gətirdiyi məlum olub.

Yuxarıda deyilənlər sadəcə bir müqəddimə və gələcək fəaliyyətlərlə bağlı açıq təhdid mesajı ola bilər ki, hökumət dinc nümayişlərlə getməsə, B planına keçəcək, ölkəni daxili siyasi toqquşmalar və sabitliyin pozulmasına aparacaqlar. Qəribədir ki, “27 oktyabr” qanının izlərinin təzə olduğu, bir neçə dəqiqənin içində ölkənin başının kəsildiyi, Ermənistanın gələcək inkişafında dərin və bərpaolunmaz iz qoyduğu bir ölkədə yenidən belə bir yoldan danışılır.

Müxalifətin məğlubiyyəti artıq faktdır. Bu, üstündən bir il keçməyən son seçkilərdə də təsdiqlənib”.

23 oktyabr

18:42 - Maya dəyəri 5,7 manat olan mal əti 17 manata satılıb - Azərbaycanda heç kəs bazara nəzarət edə bilmir18:40 - Vuçiç məğlub oldu - Serbiyada ələbələr qalib gəldi18:38 - DİN və Baş Prokurorluq kafedəki qətllə bağlı məlumat yaydı

22 oktyabr

15:50 - Banklar kimlərə və niyə kredit vermir? - "Qara siyahı" ilə bağlı bilinməyənlər - ARAŞDIRMA15:47 - Ermənistan yeni Konstitusiya üçün növbədənkənar seçkiyə gedir15:45 - Paşinyan Azərbaycanla sülh sazişi üçün - Yeni tarix açıqladı15:31 - Şəhidin maaşı hələ də ailəsinə verilir - VİDEOMATERİAL

15 oktyabr

11:04 - Paşinyana sülh sazişini imzalamaq üçün vaxt verilib? 11:00 - Bakıdakı toplantının əhəmiyyəti nədir? 10:51 - Azərbaycanda bankların mənfəəti açıqlanıb

14 oktyabr

17:23 - Veysəloğlu Şirkətlər Qrupunun əməkdaşlarımızın övladları Prezident təqaüdünə layiq görülüblər

08 oktyabr

17:19 - Veysəloğlu MMC-nin Mərkəzi Sınaq Laboratoriyasının akkreditasiya sahəsi genişləndirilib - FOTOLAR

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"